ABŞ-nin döyüş təyyarələri SZ-dən istifadə edəcək, GPS olmadan istiqaməti tapacaq, “it davası” apara biləcək

2024/05/F-16--1715761466.jpg
Oxunub: 606     17:42     15 May 2024    
Bu yaxınlarda Kaliforniyada ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus 2 ədəd F-16 döyüş təyyarəsi “it davası”nda (iki hərbi təyyarənin arasında baş verən hava döyüşü – red.) qarşı-qarşıya gəlib.

Ordu.az xəbər verir ki, təyyarələrdən biri insan pilot tərəfindən idarə olunub, digəri isə Süni Zəkadan (SZ) istifadə edərək uçurulub.

Bundan əlavə, C-17 yük təyyarəsi GPS istifadə etmədən SZ ilə istiqaməti müəyyənləşdirərək, uçuşunu tamamlayıb.

ABŞ HHQ-nin SZ ilə dəstəklənən (Vista) 1 ədəd F-16 döyüş təyyarəsi və insan pilotun idarə etdiyi digər F-16 300 metr (1000 fut) məsafədə “it davası” manevrləri həyata keçirib.

SZ ilə idarə olunan F-16 “Vista” ABŞ HHQ tərəfindən təlim keçirilərkən, inkişaf etdirilən mühüm təhlükəsizlik tədbirlərinə malikdir. Hələ inkişaf mərhələsində olan SZ-nin təyyarəni təhlükəyə atacaq manevrlər etməsinə mane olan mexaniki məhdudiyyətlər var.
Sınaqlar zamanı təyyarədə fövqəladə hallarda SZ-dən idarəetməni təhvil ala bilən təhlükəsizlik pilotu da yer alıb. Alqoritm uçuş zamanı öyrənə bilmir, buna görə də hər dəfə yalnız əvvəlki uçuşlardan yaratdığı məlumat və qayda dəstlərindən istifadə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   SZ   GPS  


Bizi "telegram"da izləyin