ABŞ ordusu M142 HIMARS YARS-ın ekipajsız variantının prototipini sınaqdan keçirib

2024/05/1715758867.jpg
Oxunub: 397     15:00     15 May 2024    
ABŞ ordusu bu ilin aprel ayında M142 HIMARS Yaylım Atəşli Reaktiv Sisteminin (YARS) ekipajsız variantının prototipini sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, ABŞ Quru Qoşunlarının inventarında olan M142 HIMARS sisteminin ekipajsız variantının ilk döyüş atışlı sınaqları Arizona ştatında həyata keçirilib.

2019-cu ildən inkişaf mərhələsində olan avtonom HIMARS sistemi ilə ABŞ ordusu çoxlu sayda əlavə personala ehtiyac olmadan quru və dəniz hədəflərini vurma qabiliyyətini artırmağı hədəfləyir.

M142 HIMARS sisteminə əsaslanan, lakin zirehli ekipaj kabinəsinə malik olmayan avtonom HIMARS sistemi təyin edilmiş hədəf nöqtələri arasında təyin olunmuş marşrutu avtonom şəkildə izləyə və atəş nöqtəsinə çatdıqda tək bir heyət tərəfindən uzaqdan idarə oluna bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   M-142-HIMARS   YARS  


Bizi "telegram"da izləyin