Ordu.az xəbər verir ki, ön xətdə istifadə edilən, ümumi çəkisi 7,2 kiloqram olan Pilotsuz Uçuş Aparatı (PUA) sistemi təxminən 1 metr uzunluğundadır.
Buraxıldıqdan sonra uçuşa başlayan sistem saatda 288 kilometr sürətə çata bilir. PUA-nın uçuş hündürlüyü 1500 fut, yəni yerdən təxminən 500 metrdir.
Havada dövrə vurma xüsusiyyətinə malik olan ROC-X helikopter kimi “hover” hərəkəti də edə bilir. Başqa sözlə, istədiyi nöqtədə gözləyir. Kamerasından aldığı məlumatları yerüstü mərkəzə ötürən sistem kəşfiyyat məqsədilə də istifadə edilə bilər.
Yüngül daşına bilən xüsusiyyəti ilə xüsusi təyinatlılar tərəfindən istifadə edilən ROC-X-dən 4 nəfərlik bir komanda 6 ədəd daşıya bilir. Quraşdırma hər sistem üçün orta hesabla 2-4 dəqiqə çəkir.
ROC-X-in başqa bir xüsusiyyəti odur ki, missiya ləğv olunarsa, o, istənilən nöqtəyə çağırıla və yenidən uça bilər. IAI hazırda sistemi ABŞ ordusuna satmaq üzərində işləyir.
Xüsusilə sızma əməliyyatı həyata keçirən kiçik taktiki qrupların struktur dəqiqlikli hücum ölümcüllüyünü və sağ qalma qabiliyyətini artırmaq məqsədilə sistemin daha da inkişaf etdirilməsi üçün ABŞ Müdafiə Nazirliyinin Nizamsız Döyüş Texniki Dəstəyi Müdirliyi ilə ilkin müqavilə imzalanıb.
Sevinc Əliyeva
Ordu.az