“Repkon”un RDS40-AGL-si gücünə güc qatdı

2024/05/1715159022.jpg
Oxunub: 532     17:00     08 May 2024    
“Repkon Defence”in Türkiyə Silahlı Qüvvələrinin inventarında olan və sahədə istifadə edilən 40 mm-lik Avtomatik Qumbaraatanı RDS40-AGL-nin HAVELSAN tərəfindən istehsal edilən “Barkan” sisteminə inteqrasiyası üçün strateji əməkdaşlıq protokolu imzalanıb.

Ordu.az xəbər verir ki, 40 mm çaplı Avtomatik Qumbaraatan RDS40-AGL bu inteqrasiya edilmiş sistemlə uzaqdan idarəetmə və avtonom missiya imkanları qazanacaq.

Atılan imza ilə yeni konfiqurasiyanın sahədə və bazarda daha da güclənərək, bir addım önə çıxarılması planlaşdırılır.

Protokol Malayziyada keçirilən “Defense Services Asia Exhibition Conference (DSA) 2024” sərgisində imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Repkon   RDS40-AGL  


Bizi "telegram"da izləyin