ASELSAN-dan REM sistemi: EJDERHA nəyə qadirdir? (FOTO+VİDEO)

2024/04/2024--1713947596.jpg
Oxunub: 816     19:38     27 Aprel 2024    
ASELSAN-ın məhsulu olan “Ejderha” Radioelektron Mübarizə (REM) sisteminin yeni istifadə görüntüləri paylaşılıb.

ASELSAN Baş direktoru Ahmet Akyol SAHA MBA Yüksək Səviyyəli Bürokrat və Sektor Liderləri Təlimi çərçivəsində etdiyi təqdimatda “Ejderha”nın son sınaq görüntülərini paylaşıb.

ASELSAN-ın məhsulu olan REM sistemi “Ejderha” ilk dəfə IDEF 2023 sərgisində nümayiş etdirilib. Türkiyə Quru Qoşunları Komandanlığı və təhlükəsizlik qüvvələri üçün hazırlanmış “Ejderha” elektromaqnit siqnalları ilə elektron sxemləri olan istənilən mülki/hərbi vasitəni uzaqdan dayandıra biləcək.


ASELSAN-ın “Ejderha”sı elektromaqnit siqnalları ilə mülki və hərbi vasitələri zərərsizləşdirir

ASELSAN-ın REM sistemi “Ejderha” elektromaqnit siqnalları ilə dron, sürü Pilotsuz Uçuş Aparatı (PUA), qanadlı raket, helikopter, PUA kimi mülki və hərbi vasitələri zərərsizləşdirə biləcək.

Tək zərbə ilə yüksək güclü elektromaqnit şüalanma xüsusiyyəti

ASELSAN tərəfindən istehsal edilən “Ejderha” xüsusi olaraq hazırlanmış istiqamətləndirici antenna/reflektor dəsti istifadə edilərək, bir impuls və ya bir sıra impulslar vasitəsilə məhdud müddətə yüksək güclü elektromaqnit (EM) şüalanma yaya bilər.

Yüksək Güclü Mikrodalğa qaynaqları tərəfindən istehsal olunan elektromaqnit enerjisi hədəf alınan elektron cihazların işləməsinin qarşısını almaq, onların nasazlığına səbəb olmaq və ya onları zədələmək və qeyri-işlək vəziyyətə gətirmək üçün istifadə olunur.


Elektromaqnit siqnalları ilə hava hədəflərini uzaqdan dayandıra bilir

“Ejderha” elektromaqnit siqnalları ilə taktiki sahədə və obyektin giriş-çıxış sahələrində təhdid kimi təsnif edilə bilən elektron sxemləri ehtiva edən hər cür mülki/hərbi vasitələri və hava hədəflərini uzaqdan dayandıra bilir.

İnsanlı və insansız komanda

“Ejderha” yeni nəsil texnologiyaları ilə konvoy mühafizə/yerləşdirmə fəaliyyətləri üçün fərqli həll yolu yaradır. Taktiki təkərli zirehli/tırtıllı vasitələrə inteqrasiya oluna bilən sistem həm insanlı, həm də insansız (uzaqdan idarəetmə ilə) idarə oluna bilir. Beləliklə, sahə şəraitində zəngin istifadə ssenarisi təqdim olunur.

Əldəqayırma partlayıcı qurğu istifadəsinin qarşısını alacaq

Bu, terror təşkilatlarının tez-tez istifadə etdiyi əldəqayırma partlayıcı qurğuların, PUA-ların və ya radioelektron sistemlərin istifadəsinə zərbə vuracaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   REM   Ejderha  


Bizi "telegram"da izləyin