Ordu.az xəbər verir ki, əvvəlcə ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) Hücum Silahı (SiAW) proqramı üçün daxili maliyyə ilə hazırlanan raket indi ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) aviadaşıycı gəmi əsaslı təyyarələr tərəfindən də istifadə üçün təklif olunur.
“Lockheed Martin” bildirib ki, yeni hipersəs raketi yeddi il əvvəl inkişaf etdirilməyə başlayandan bəri ilk dəfə ictimaiyyətə nümayiş etdirilib.
Şirkətin məlumatına görə, raket F-35, F-22, F-15, F-16, F/A-18 və P-8 tərəfindən buraxıla bilər.
Sevinc Əliyeva
Ordu.az