Ordu.az xəbər verir ki, modeldə xarici yanacaq çənlərinin quraşdırıldığı platformanın qanadının altındakı stansiyalara 2 ədəd AGM-158C LRASM raketinin inteqrasiya edildiyi görünüb.
Düşmən hava məkanında işləyən təyyarələri yanacaqla doldurmaq üçün nəzərdə tutulan “Stingray” ilk uçuşunu 2019-cu il sentyabrın 20-də edib.
2021-ci il iyunun 7-də ABŞ Hərbi Dəniz Qüvvələrinin F/A-18 “Hornet” təyyarəsini uğurla yanacaqla dolduran platformanın inkişaf prosesi davam edir.
Aşağı radara görünmə sahəsini təmin etmək üçün aşağı siluetə malik platformada V tipli arxa şaquli stabilizatorlar var.
AGM-158C LRASM gəmi əleyhinə raketinin dizayn prosesi 2009-cu ilə təsadüf edir. “Lockheed Martin” və DARPA ortaqlığı ilə başlayan layihə çərçivəsində istehsal edilən sistemin sınaq mərhələləri 2013-cü ildə başlayıb.
Sevinc Əliyeva
Ordu.az