“Javelin” raketi İQP-lərdə sınaqdan keçirilib

2024/04/e5ae7-1711961074.jpg
Oxunub: 719     14:32     01 Aprel 2024    
“Javelin” tank əleyhinə raketi 2 ədəd İnsansız Quru Platformasından (İQP) uğurla buraxılıb.

Ordu.az xəbər verir ki, “Kongsberg-Javelin” Birgə Uzaqdan İdarə Edilən Silah Stansiyası (CROWS-J) ilə təchiz edilmiş 2 ədəd İQP-dən “Javelin” tank əleyhinə raketləri uğurla sınaqdan keçirilib.

“Javelin” tank əleyhinə raketinin birdən çox İQP-nin koordinasiyası ilə taktiki olaraq necə istifadə oluna biləcəyinin ilk nümunəsi göstərilib.

Bu kontekstdə 2024-cü il martın 18-də Kaliforniyada Milli Təlim Mərkəzində (NTC) həyata keçirilən sınaq müasir hərb strategiyasında avtonom texnologiyaların istifadəsində mühüm mərhələ olub.

Qeyd edək ki, 2021-ci ilin may ayında ABŞ ordusu və müxtəlif müdafiə sənayesi şirkətləri ilə birgə təşkil edilən çoxplatformalı sınaq sahəsində 3 ədəd İQP ilə “Javelin” tank əleyhinə raketlərinin çoxyönlü istifadəsi nümayiş etdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Javelin   İQP  


Bizi "telegram"da izləyin