Yaponiya ordusu VISION 60 “robot itləri”ni təhvil alıb

2024/04/2024--1711957446.jpg
Oxunub: 432     14:00     01 Aprel 2024    
Yaponiya ordusu quru qoşunlarında inteqrasiya və istifadə məqsədilə konsepsiyaların işlənib hazırlanmasına yönəlmiş hərtərəfli proqram çərçivəsində müxtəlif pilotsuz sistemlər üçün satınalma və sınaq proqramına start verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Yaponiya ordusu müdafiə və daxili təhlükəsizlik fəaliyyətləri üçün çoxyönlü olaraq dizayn edilmiş orta ölçülü, yüksək dözümlü İnsansız Quru Platforması (İQP) olan VISION 60-ı satın aldığını açıqlayıb.

Xalq arasında “robot it” kimi tanınan VISION 60 “Ghost Robotics” tərəfindən hazırlanmış yarımavtonom dördayaqlı robotdur.

Əlverişsiz hava və ərazi şəraitində işləyəcək şəkildə dizayn edilən bu İQP 3,5 kiloqram maksimum yükgötürmə qabiliyyətinə malikdir, maksimum 10 kilometr işləmə mənzili və üç saatlıq işləmə vaxtı ilə saatda 10 mil sürətə çata bilir.

Çevik hərəkət qabiliyyətinə malik olan VISION 60 müxtəlif ərazilərdə, o cümlədən kobud ərazilərdə, qumda, təpələrdə və hətta pilləkənlərdə hərəkət edə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   VISION-60  


Bizi "telegram"da izləyin