ASELSAN tərəfindən hazırlanan “Yener” sistemi yeraltı Əldəqayırma Partlayıcı Qurğu (ƏPQ) və mina təhlükələrinə qarşı qabaqcıl kəşfiyyat və qoruma qabiliyyəti ilə sahədə gücə və sağ qalma qabiliyyətinə əhəmiyyətli töhfə verəcək.
Taktiki təkərli zirehli vasitəyə inteqrasiya olunan “Yener” yeraltı təhlükələri aşkar etməklə yanaşı, fəaliyyət göstərəcəyi marşrutun kəşfiyyat və müşahidəsini də həyata keçirir. Özünü mühafizə üçün alt sistemləri də ehtiva edən sistem yol marşrutunda və onun yanında səthləri axtarır və təhlükə aşkarlandıqda onları işarələyir.
“Yener”in xüsusiyyətləri:
Yerə Nüfuz Edən Radar
EMI Sensoru
Qarışdırma/Koretmə sistemi
Uzaqdan İdarəetmə Silah Sistemi
ATS-61 Kəşfiyyat və Müşahidə Sistemi
Qoşun İzləmə Sistemi
ANS-510K INS/GPS
KARETTA
9661 V/UHF Radiostansiyası
Daxili Kommunikasiya Sistemi
Ön/Sağ/Sol Antena Yönləndirmə Mexanizmi
Təhdid işarələməsi
Axtarış panellərində maneələrin aşkarlanması
Vasitə və Sistemi Uzaqdan İdarəetmə İnfrastrukturu
Raketlərə qarşı passiv qoruma dəsti
Partlayışlara qarşı zireh qoruma səviyyəsi ən azı STANAG 4569 səviyyə 4A və 4B-yə uyğun
Kinetik enerjili sursata qarşı zireh qoruma səviyyəsi ən azı STANAG 4569 səviyyə 4-ə uyğun
“Yener” TM sisteminin xüsusiyyətləri:
Vasitə irəliləmə yönündə SAR
Vasitə yan istiqamətində MIMO görüntüləmə
Yüksək ayırdetmə qabiliyyətli 2D və 3D görüntüləmə
Hərəkətdə işləmə (5,7,10 və 15 km/saat)
İnteqrasiya edilmiş EMI Sensoru ilə birlikdə işləmə
Müxtəlif torpaq bölgələrinə görə avtomatik kalibrləmə qabiliyyəti
Kabel aşkarlaması
Hədəf Müəyyənləşdirməsi
Qarışdırma/Koretmə Sistemi ilə qarşılıqlı fəaliyyət
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ASELSAN
Yener