ABŞ ordusunun xüsusi təyinatlıları sahədə FPV PUA-larından istifadə edirlər

2024/03/1710311988.jpg
Oxunub: 330     14:47     15 Mart 2024    
ABŞ ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin “Yaşıl Beretliləri” Yunanıstanda keçirilən təlim zamanı FPV tipli Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadəni nümayiş etdiriblər.

Ordu.az xəbər verir ki, ABŞ ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin “Yaşıl Beretliləri” Yunanıstanda keçirilən “Troya Atı Ayaq İzi” təlimində Yunanıstan xüsusi təyinatlıları ilə bir araya gəliblər.

Yunanıstanın Nea Peramos şəhəri yaxınlığında keçirilən təlim 2024-cü il martın 1-də başlayıb.

NATO-ya üzv ölkələr arasında əlaqələrin yaxşılaşdırılması və qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi məqsədi daşıyan təlimdə amerikalı “Yaşıl Beretlilər” yunan hərbi qulluqçular ilə təcrübələrini bölüşüblər.

Təlim çərçivəsində ABŞ hərbi qulluqçuları FPV tipli PUA-ların döyüş meydanında istifadəsini və faydalarını Yunanıstan xüsusi təyinatlılarına göstəriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   FPV   PUA  


Bizi "telegram"da izləyin