GSPT-EFE-nin unikal proqram təminatı və kommunikasiya protokolları istifadəçinin sistemlə qarşılıqlı əlaqəsini optimallaşdırmaqla, istifadəçinin istifadə imkanlarını artırır. HAVELSAN-ın avtonom İnsansız Quru Platforması (İQP) “Barkan”a inteqrasiya edilərək, “gəzən sursat” atışı da həyata keçirən sistem aşağı enerji ehtiyacı ilə yüksək çəkiləri hərəkət etdirmə qabiliyyəti sayəsində güclü performans nümayiş etdirir.
“Gürbağ Savunma ve Teknoloji” yerli olaraq inkişaf etdirdiyi məhsulları ilə müdafiə və aviasiya sənayesinin ehtiyacları üçün həllər təqdim edir. Şirkət tərəfindən hazırlanmış GSPT-EFE hidrogen hərəkət sistemi dəniz və quru platformalarına inteqrasiya oluna bilər. GSPT-EFE yüksək tork ilə daha sürətli hərəkət edə və ən çətin ekoloji şəraitdə belə həssaslığını qoruya bilər.
Məhsul təkcə güclü performansı ilə deyil, həm də daşıdığı yükləri üç oxda hərəkət etdirmə qabiliyyəti ilə müdafiə və aviasiya sənayesində unikal həll təklif edir. Bu xüsusiyyət GSPT-EFE-ni sektorda diqqətəlayiq texnologiyaya çevirərək, müdafiə layihələrində və müxtəlif tətbiqlərdə istifadə üçün geniş potensial gətirir.
GSPT-EFE “Barkan” İQP-yə inteqrasiya olunub
GSPT-EFE hidrogen hərəkəti sisteminin HAVELSAN-ın avtonom İQP-si olan “Barkan”a inteqrasiyası bu texnoloji inkişafın təəccüblü tətbiqlərindən biri kimi diqqəti çəkir. Sistem kəşfiyyat, müşahidə və kamikadze Pilotsuz Uçuş Aparatı (PUA) məqsədləri üçün istifadə edilən “gəzən sursat”ın (kamikadze PUA-sı) atışını həyata keçirib.
Bir neçə dəfə istifadə oluna bilən GSPT-EFE buraxılış sistemi aşağı enerji sərfiyyatı ilə saxlama (depolama) olmadan hidrogen istehsalına və yanacaq kimi hidrogenin istifadəsinə imkan verir. GSPT-EFE inteqrasiyası ilə “Barkan” İQP hidrogenlə dəstəklənən 2 buraxılış qurğulu sistemdən istifadə edərək, tək qüllə üzərindəki bir buraxılış qurğusundan mini lazerlə idarə olunan raket, digər buraxılış qurğusundan da “gəzən sursat” atışını eyni anda həyata keçirə bilmə bacarığına sahib oldu.
Vaxta və büdcəyə qənaət
“Gürbağ Savunma ve Teknoloji” tərəfindən hazırlanmış GSPT-EFE inteqrasiya olunmuş buraxılış sistemi sayəsində dəfələrlə istifadə edilə bilər. Atılan sursat aşağı şok təsiri ilə qarşılaşır, nasazlıq riski də minimuma endirilir. Aşağı enerji sərfiyyatı ilə saxlama olmadan hidrogen istehsalı və yanacaq enerjisi olaraq hidrogendən istifadə logistika iş yükünü azaldır, vaxt və büdcəyə qənaət edir.
GSPT-EFE-nin Texniki Xüsusiyyətləri
İş gərginliyi: 24-48 VDC
Tork (Tilt): 200 Nm
Pan Sürəti: 90°/sn
Pan Ox Qabiliyyəti: nx360° Limitsiz Fırlanma
Tilt Sürəti: 48°/sn
Tilt Ox Qabiliyyəti: -35°/+75°
Mövqe Geri Qidalandırma: Optik Artım “Encoder”, Mütləq “Encoder”
Sistem Boşluq Dərəcəsi: 1 “Arcsec”
Mühərrik Növü: BLDC Servo Mühərrik
Rabitə: RS 422/RS 485/“Ethernet” (Ops.)
Nəzarət Protokolu: “Custom” Protokol
Dönmə Limitləri: Limit “Switch” və Proqram Limiti
Konnektor Növü: D-38999 “Military Series III”
Nəmlik Müqaviməti: 95%
İşləmə Temperaturu: -32°/+55°
Saxlama Temperaturu: -40°/+60°
Dəyanət Ağalarlı
Ordu.az