ESETRON gələcəyin hansı robot həllərini dizayn edir? – ARAŞDIRMA (FOTOLAR)

2024/02/IKA-T-3417500274.jpg
Oxunub: 659     17:24     11 Mart 2024    
Müdafiə və aviasiya sənayesində yerli məhsullar inkişaf etdirmək vizyonu ilə unikal robot sistemləri inkişaf etdirən “Esetron” istifadəçilərə unikal həllər təklif edir.

Texnologiyadan təsirli və səmərəli istifadəsi ilə seçilən şirkətin qabaqcıl imkanları arasında quraşdırılmış sistem proqram təminatı, elektron kartların dizaynı və istehsalı, əşyaların interneti (IoT) texnologiyaları və sistem dizaynı, yüngül sinfə məxsus insansız quru və hava platformaları, insansız suüstü platformaları üçün operator idarəetmə blokları və elektro-optik sistemlər üçün idarəetmə stansiyaları mövcuddur. Şirkət həmçinin quru və suüstü platformaları üçün insansız sistemlər də hazırlayır.

Müdafiə və aviasiya sənayesində gələcəyi formalaşdıran məhsulların layihələndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə texnologiyalar inkişaf etdirən “Esetron” kiçik, lakin təsirli vasitələri ilə hərbi əməliyyatlarda önə çıxır. Mütəxəssis mühəndisləri ilə məhsullarını yerli olaraq dizayn və istehsal edən şirkət məhsulları üçün ehtiyat hissəsi dəstəyi, texniki xidmət-təmir və təlim xidməti də təklif edir.

GEKO

“Esetron”un İnsansız Quru Platforması (İQP) məhsul ailəsinin ən kiçik üzvü olan GEKO sahədə həyata keçirilən əməliyyatlar zamanı qapalı və açıq mühitlərdə kəşfiyyat və müşahidə vəzifələrini yerinə yetirir. İki təkərli İQP olan GEKO uzaqdan idarəetmə qurğusu ilə istifadə olunur. GEKO tərs çevrildikdə özünü düzəldə və həmçinin istiqamətini qoruyub saxlaya bilər. Üzərindəki sensorlar sayəsində uzaqdan idarəetmə qurğusunda istiqamətini göstərə bilən GEKO istiqaməti saxlama xüsusiyyəti sayəsində operatorun asanlıqla istiqamətini tapmasına imkan verir.


“Komodo”

“Komodo” İQP 4 ədəd təkəri və bunlara taxılan tırtılları sayəsində daşıdığı faydalı yüklərlə çoxmərtəbəli binalarda və ya geniş ərazilərdə kəşfiyyat, müşahidə, habelə detonatorun buraxılması və işə salınması vəzifələrini yerinə yetirə bilir. Kiçik, dar və əlçatmaz yerlərdə manevr etmə qabiliyyətinə malik olan “Komodo” bu ərazilərdən real vaxtda ötürdüyü vizual və səsli məlumatlarla yanaşı sensor məlumatları ilə də istifadəçiyə kəşfiyyat təmin edir. PUA həm gündüz, həm də gecə şəraitində istifadə edilə bilər.


“Kamikaze”

İstifadəçi dostu bir mexaniki əlaqə sistemi ilə taxılan 30 kq-a qədər partlayıcı maddəni daşıya və təyin olunmuş nöqtədə partlada bilən təkərli İQP olan “Kamikaze” uzaqdan simli və ya simsiz idarə oluna bilər. “Kamikaze”də ikiqat təhlükəsizlik partlatma mexanizmi də mövcuddur.


“Yılan Kamera”

Sığınacaqlarda, mağaralarda, qapalı otaqlarda, havalandırma borularında və buna bənzər mühitlərdə istifadə üçün nəzərdə tutulmuş “Yılan Kamera” əl terminalı ilə istifadəçiyə real vaxt görüntüləri təqdim edə bilir. Tənzimlənən uzunluğu və birləşən quruluşu sayəsində çevik olan məhsul hərbi əməliyyatlarda aktiv şəkildə istifadə edilib, həmçinin 6 fevral zəlzələsi zamanı AFAD və JÖAK qruplarının işlərində iştirak edib.


“Çubuk Kamera”

“Esetron”un sığınacaqlarda, mağaralarda, qapalı otaqlarda, havalandırma borularında və buna bənzər mühitlərdə əməliyyatlarda aktiv rol alan “Yılan Kamera”nın bazası əsasında hazırladığı “Çubuk Kamera” xüsusi dizayn edilmiş oynaq quruluşu ilə gecə-gündüz dar və əlçatmaz yerlərdə kəşfiyyat və müşahidə missiyalarını yerinə yetirə bilir. “Çubuk Kamera” ucundakı kamera bölməsi ilə ətraf mühitdən səs və görüntü ötürə bilər.

Təxminən 160 sm uzunluğunda və 20 mm diametrdə çıxarıla bilən hissələrdən ibarət olan “Çubuk Kamera” dar məkanlarda asanlıqla hərəkət edə, eyni zamanda sökülə bilən birləşmə quruluşu sayəsində asanlıqla daşına bilir.


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ESETRON   Robot  


Bizi "telegram"da izləyin