Ordu.az xəbər verir ki, ROKETSAN İnnovativ Sistemlər Müdirliyinin Qabaqcıl Sistemlər Meneceri Seyit Tunç “Teknokent Savunma Sanayii Kümelenmesi” (TSSK) tərəfindən təşkil edilən 8-ci Layihə Bazarı və Əməkdaşlıq Sammitində “Müdafiə Sənayesində “Ar-Ge”, İnnovasiya və İnnovativ Həllər” başlığı altında bu günün və gələcəyin döyüş meydanında fərq yaradacaq yanaşmalar haqqında qiymətləndirmələr edib.
Sənaye dövrü məhsullarının sahədə aciz qaldığı, bunun xüsusilə Ukrayna-Rusiya müharibəsində özünü büruzə verdiyi və asimmetrik təhdidlərin zərər verdiyinə dair tapıntılara toxunan Tunç rəqəmsal dövrə uyğun məhsulların hazırlanmasına və bunun üçün atılması lazım olan addımlara diqqət çəkib.
O, rəqəmsal dövrün məhsullarına çatmaq üçün məhsullar üzərində proqram yaratmaqdansa, düzgün inkişaf etdirilmiş proqram arxitekturaları ilə məhsul dizayn və istehsal etməyin lazım olduğunu vurğulayıb.
Rəqəmsal dövrə uyğun bir məhsul nümunəsi olaraq “Alka” Yönləndirilmiş Enerji Silah Sistemi haqqında məlumat verən Tunç “Alka”nın asimmetrik təhdidlərə qarşı elektromaqnit və lazer texnologiyasından istifadə edən Çox Yaxın Hibrid Hava Hücumundan Müdafiə Sistemi kimi Müdafiə Sənayesi Komitəsinin (MSK) koordinasiyası ilə hazırlandığını və təhlükəsizlik qüvvələrinin istifadəsinə verildiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az