“Anka-3”ün peyk rabitəsini “CTech” təmin edir

2024/01/2024--1705044003.jpg
Oxunub: 427     14:29     12 Yanvar 2024    
TUSAŞ-ın milli imkanlarla hazırladığı pilotsuz döyüş təyyarəsi “Anka-3” ilk uçuşunu uğurla həyata keçirib.

Ordu.az xəbər verir ki, “Anka-3”ün peyk rabitəsi “CTech”in milli imkanlarla istehsal etdiyi “SkyARX” məhsulu tərəfindən təmin edilir.

İlk dəfə 2023-cü ilin mart ayında uçuş-enmə zolağında görüntülənən və taksi sınaqlarına başlayan “Anka-3” reaktiv mühərriki və sürəti, yüksək yük daşıma qabiliyyəti və radarda demək olar görünməyən quyruqsuz quruluşu ilə Pilotsuz Uçuş Aparatı (PUA) sahəsində yeni bir səhifə açacaq.

“CTech Bilişim” tərəfindən yerli və milli olaraq hazırlanan üfüqdən kənar rabitə məhsulları olan SCOFUS, “TerraARX” və “SkyARX” istifadəçilərinə fasiləsiz rabitə imkanı təqdim edir.

Şirkətin rabitə sistemləri dəniz, quru, hava kimi mobil platformalarda və xüsusilə hərbi platformalarda istifadə olunur.

“SkyARX” məhsulu “Anka-3”dən başqa “Anka” və “Aksungur” platformalarında da fəaliyyət göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anka-3   CTech  


Bizi "telegram"da izləyin