Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesi elektro-optika sahəsində xarici ölkələrdən asılılığına son qoymaq üçün ASELSAN-ın rəhbərliyi altında işlərini sürətlə davam etdirir.
2023-cü ildə ASELFLIR-500-ün sınaqlarına başlayan ASELSAN Milli Pilotsuz Uçuş Aparatı (PUA) platformalarının gözü olacaq sistem üçün sınaq partnyoru “Baykar”dan təbrik və “ən yaxşısı budur” təsdiqini alıb.
Kvadrokopter tipli hava platformaları və quru platformaları üçün hazırlanmış ASELFLIR-400-ün ilk tədarükü 2023-cü il bitmədən həyata keçirilib.
Sevinc Əliyeva
Ordu.az