Çin: Kinetik enerji silahı ağır zirehli vasitələri tək atışla məhv edə bilər

2024/01/2024--1704867672.jpg
Oxunub: 671     14:19     10 Yanvar 2024    
Çin alimlərindən ibarət bir qrup yüksək sürətli kinetik enerji silahının ABŞ-nin istifadə etdiyi M1 “Abrams” tankı kimi qabaqcıl zirehli vasitələri tək atışla məhv edə biləcəyini iddia edib.

Ordu.az xəbər verir ki, Çin Aerodinamikası Araşdırma və İnkişaf Mərkəzindən Huanq Jie və onun komandası kinetik silahların vurduğu zərərin miqyasını müəyyən etmək üçün simulyasiya aparıb.

Tədqiqatçılar bu silahlarla ağır zirehli tankları bir atışla zərərsizləşdirməyin mümkün olduğunu iddia ediblər.

Araşdırmanın təfərrüatlarına görə, “Mach 4”dən yuxarı sürətlə hərəkət edən 20 kiloqramlıq (44 funt) bərk kürə elektrik enerjisinə çevrildikdə 25 meqajoul və ya yeddi kilovat saat kinetik enerji istehsal edə bilər.

Bu cür qüvvə tankın xarici hissəsini bütöv və zədəsiz qoysa da, daxili hissəyə ciddi ziyan vura bilər.

Tədqiqat iddia edir ki, yüksək sürətli kinetik enerjili silah qalın zireh təbəqələri ilə qorunan 40-60 tonluq tankları effektiv şəkildə zərərsizləşdirə bilər.

Hesabatda həmçinin qeyd olunub ki, silah tankların mexaniki sistemlərinə böyük təsir göstərə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Kinetik-enerji-silahı  


Bizi "telegram"da izləyin