Ordu.az xəbər verir ki, müharibə xərclərinin ölçüsü artıq astronomik rəqəmlərə çatdığı halda, İsrail ordusu alternativ yollar taparaq, HƏMAS-a qarşı təzyiqlərini davam etdirməyə çalışır.
Xüsusilə şəhər döyüşlərində istifadə etməli olduğu idarə olunan raketlərə böyük maliyyə vəsaiti ayıran İsrail müharibə xərclərinin qarşısını almaq üçün gələcəkdə Pilotsuz Uçuş Aparatı (PUA) texnologiyasına sərmayə qoymağa başlayıb.
İsrailin əməliyyat ssenariləri çərçivəsində Qəzzada PUA-lardan istifadə etməyə başladığı ilk vasitə “Spike Firefly” kamikadze PUA-ları olub.
Beləliklə, İsrail qüvvələri bu mini kamikadze PUA-larından Qəzza zolağının mürəkkəb və sıx məskunlaşdığı şəhər mühitində təhlükə hesab etdikləri şəxslərə və qruplara qarşı istifadə edəcəklər.
Sevinc Əliyeva
Ordu.az