Türkiyə Müdafiə Sənayesi Komitəsi Türkiyə təhlükəsizlik qüvvələrinin inventarına daxil olacaq bütün Pilotsuz Uçuş Aparatı (PUA) platformaları üçün xaricdən heç bir xarici kamera sistemi almayacaq.
Ordu.az xəbər verir ki, ASELSAN tərəfindən istehsal olunan və inteqrasiya edildiyi “Baykar” istehsalı “Bayraktar TB2”lər ilə 12 ölkəyə ixrac edilən CATS-in bu uğurunun ardından ASELFLIR-500-ün sınaqlarda yüksək performanslı nəticələr verməsiylə elektro-optik, kəşfiyyat, müşahidə və hədəfləmə sistemlərinin idxal prosesi tamamilə sona çatıb.
Bununla da tez-tez embarqolarla təhdid edilən Türkiyə müdafiə sənayesində daha bir kritik mərhələ aşılıb.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Türkiyə
ASELFLIR-500