Ordu.az xəbər verir ki, ABŞ ordusunun Fyuçers Komandanlığının rəisi general Ceyms Reyni ABŞ ordusunun Virciniyadakı qərargahında keçirilən tədbirdə çıxış edərək, Corciya ştatının Fort Mur şəhərində yüngül piyada bölməsinin bu yaxınlarda keçirdiyi təlimi təsvir edib.
“Biz bölmənin prototipini yaradırıq. Yüngül piyadalar üçün ilk insan-maşın inteqrasiya olunmuş birləşməmiz var”, - deyə o qeyd edib.
General Reyni 20 hərbi qulluqçunun dörd robot vasitə ilə açıq sahədən keçərək, hədəf binaya çata bildiyini, lakin əvvəlcədən tüstü generatorları olan robotların tüstü pərdəsi yaratdığını bildirib.
Sevinc Əliyeva
Ordu.az