Türkiyədə PUA-lar üçün yerli REM Podu inkişaf etdirilib?

2023/11/2023--3397985966.jpg
Oxunub: 18332     14:28     04 Noyabr 2023    
EHPOD və EDPOD kimi layihələrdən əldə edilən təcrübə ilə Pilotsuz Uçuş Aparatları (PUA) üçün radioelektron mübarizə (REM) qabiliyyətinin əldə edilməsi üçün səylər göstərilir.

TÜBİTAK BİLGEM Texnologiya Jurnalının 14-cü sayında PUA-lar üçün yerli REM Podunun hazırlandığı bildirilib. BİLGEM İLTAREN çərçivəsində inkişaf etdirilən EHPOD və EDPOD kimi layihələrdən əldə edilən təcrübə ilə PUA-ların yerli və milli səviyyədə REM qabiliyyətinin təmin edilməsi istiqamətində işlər aparılır.

PUA sistemləri üçün REM faydalı yükünün hazırlanması bütün dünyada öyrənilən aktual mövzulardan biridir. Türkiyə müdafiə sənayesinin PUA sahəsindəki imkanları artıq bütün dünyada qəbul edilir.


Lakin bununla yanaşı, yerli və milli REM sisteminin imkanlarının PUA-lara inteqrasiyası oyunu dəyişdirəcək. REM imkanları PUA növündən və faydalı yük daşıma qabiliyyətindən asılı olaraq dəyişə bilər. Müvafiq olaraq, REM konsepsiyaları və uyğun platforma növləri aşağıdakı kimidir:

Radioelektron Kəşfiyyat/Radioelektron Dəstək: Bu REM faydalı yükü əməliyyatdan əvvəl təhlükəsiz ərazidən gələn təhlükə radar siqnallarını aşkar edir, bölgədəki mövcud radar sistemlərini aşkarlayır və əməliyyata hazırlığı təmin edir. Əvvəlki biliklərlə əməliyyatın uğurlu olmasına kömək edir. Bu yükün qoyulacağı platformanın uzun müddət havada qalmasına üstünlük verilir.

Radioelektron Hücum: Bu REM faydalı yükü yerləşdiyi platformanı və/və ya dost platforma paketini təhdid törədən Hava Hücumundan Müdafiə (HHM) sistemlərindən qorumağı və/və ya HHM ünsürlərinin dayandırılmasını və əsas paketin dəhlizdə təhlükəsiz irəliləyişini hədəfləyir. Platformanın növü hücum konsepsiyasından asılı olaraq dəyişə bilər.

“Self-Protection Jammer” (Özünü Qoruma): Bu faydalı yük növü riskli sahəyə daxil olacaq əsas platformalar üçün nəzərdə tutula bilər.

“Stand-Off Jammer” (SOJ): Bu faydalı yükün yerləşəcəyi platforma təhlükəsiz zonada yerləşir və riskli zonada dost platforma paketini qorumağa çalışır. Bu hücum növü havada uzun müddət qala bilən və yüksək güc təmin edən platformalar üçün daha uyğundur.

“Stand-In Jammer” (SIJ): Təhdid törədən HHM sisteminin çox yaxınına daxil olaraq, yüksək riskli bölgədən dost platforma paketini qorumağı hədəfləyir.

Passiv Axtarış Başlığı: Hərəkət qabiliyyəti yüksək olan və istifadə oluna bilən PUA bu faydalı yük sayəsində təhdid törədən HHM sistemini aşkarlayır və onu vurmağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA  


Bizi "telegram"da izləyin