“Boston Dynamics”in dörd ayaqlı robotu “Spot” indi də danışmağa başladı - VİDEO

2023/10/2023--1698474693.jpg
Oxunub: 17896     16:45     28 Oktyabr 2023    
ABŞ-də yerləşən “Boston Dynamics” robot şirkətinin illərdir üzərində çalışdığı “Spot”un qaça, tullana, rəqs edə və hətta şəkil çəkə bildiyini daha əvvəl görmüşdük.

Ordu.az xəbər verir ki, bu dördayaqlı robot indi tamamilə yeni bir qabiliyyət qazanıb.

“Boston Dynamics” “YouTube”da “Spot”un videosunu paylaşıb. Videoda “Spot”un artıq danışa bildiyi əks olunub.

Videoya baxdıqda “Spot”un suallara cavab verə bildiyini görürük. Hətta ingilis ləhcəsində də danışa bilir. Robot danışarkən normalda qol olaraq istifadə etdiyi hissəni də “ağız” kimi açıb-bağlaya bilir.

“Boston Dynamics”in robota papaq, göz və bığ taxaraq gülməli görünüş verdiyini də görə bilərik.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boston-Dynamics   Spot  


Bizi "telegram"da izləyin