Mobil radiorabitә (hәrәkәtli radiorabitә) – kabeldәn istifadә etmәdәn rabitә kanalına vә yaxud abunәçi xәtlәrinә qoşulmaq, hәmçinin öz yerini dәyişәn bir vә ya bir neçә abunәçi arasında radiokanal vasitәsilә tәşkil olunan rabitәdir.
Mobil radiorabitә sistemlәrinin növlәri:
1. Yerüstü fәrdi radioçağırış sistemlәri – bunlara şanvari mobil radiorabitә trank mobil radiorabitә vә zona mobil radiorabitә sistemlәri aiddir.
Şanvari mobil radiorabitә yerli resurslara daxil olmağa imkan verir. Trank rabitәdә retranslyatorlardan istifadә edilir vә sistem avtomatik olaraq әn yaxşı rabitә tezliyini seçir. Zona mobil radiorabitәsindә retranslyatorlarda tәsbit olunmuş kanallardan istifadә etmәklә rabitә yaradılır.
2. Peyk mobil radiorabitә sistemlәri – bu sistemә geostasionar, ortaorbitli, alçaqorbitli vә yüksәk elliptik peyk rabitә növlәri daxildir.
Şanvari rabitә mobil radiorabitәnin bir növüdür. Onun әsasını şanvari rabitә şәbәkәsi tәşkil edir. Bu rabitәnin әsas mahiyyәti ondan ibarәtdir ki, onun ümumi rabitә sahәsi (dairәsi) ayrı-ayrı yuvacıqlara (şanlara) bölünür vә bu şanların mәrkәzindә hәmin sahәni rabitә ilә әhatә edәn baza stansiyaları yerlәşdirilir. Ayrılmış şanlar nisbәtәn bir-birini örtür vә birlikdә yer sәthindә vahid rabitә şәbәkәsini tәşkil edir.
Mobil telefonların çıxış gücü çox az olduqda (1 Vt-dan çox az), avtomobil radiostansiyalarının çıxış gücü 10÷15 Vt (bәzi modellәrdә, hәtta 70 Vt) arasında olur. Buna görә dә antenlәrin mobil telefon vә avtomobildә düzgün quraşdırılması vacibdir.
Mobil rabitәnin inkişaf tarixi
İlk radiotelefon rabitәsi ABŞ-da Detroyt polisi tәrәfindәn 1921-ci ildә 2 MHs tezlikdә birtәrәfli dispetçer rabitәsi şәklindә mәlumatları mәrkәzi ötürücüdәn avtomaşınlarda yerlәşdirilmiş qәbuledicilәrә ötürmәk üçün tәşkil olunub.
1933-cü ildә Nyu-York polisi 2 MHs tezlik diapazonunda ikitәrәfli hәrәkәtdә olan radiotelefon rabitәsindәn istifadәyә başlanıb. ABŞ-ın rabitә üzrә Federal Komissiyası radiotelefon rabitәsi üçün 30÷40 MHs diapazonda 4 kanal ayırıb vә 1940-cı ildә radiotelefon rabitәsindәn artıq 10 000 polis maşını istifadә edirdi. Bu sistemlәrin hamısında amplituda modulyasiyası tәtbiq olunurdu. Tezlik modulyasiyasından 1940-cı ildәn istifadә edilmәyә başlandı vә 1946-cı ildә amplituda modulyasiyası tamamilә sıxışdırılıb aradan çıxarıldı. İlk hәrәkәtdә olan ictimai radioelektron rabitә 1946-cı ildә ABŞ- da “Bell Telephone Laboratories” tәrәfindәn 150 MHs tezlik diapazonunda yaradılıb. 1955-ci ildә 150 MHs diapazonda 11 kanallı sistem, 1956-cı ildә isә 450 MHs diapazonda 12 kanallı sistem işlәmәyә başlayıb. Hәr iki sistem simpleks rejimli idi vә kommutasiya әl ilә icra olunurdu. Avtomatik dupleks sistemi müvafiq olaraq, 1964-cü ildәn (150 MHs) vә 1969-cu ildәn (450 MHs) istifadә edilib.
Bu әrәfәdә başqa ölkәlәrdә dә radiotelefon rabitә ilә әlaqәdar vәziyyәt bir az fәrqli vә kiçik- miqyasla inkişaf edirdi. Belә ki, Norveçdә ictimai radiotelefon rabitәsi 1931-ci ildә dәniz mobil rabitәsi kimi istifadә edilirdi. Artıq 1955-ci ildә ölkәdә 27 dәnizkәnarı radiostansiya mövcud idi.
Yerüstü mobil rabitә İkinci Dünya müharibәsindәn sonra әl kommutasiyalı şәxsi şәbәkә şәklindә inkişaf etdirilmәyә başladı. Belәliklә, 1970-ci ildә hәrәkәtdә olan radiotelefon rabitәsi bir tәrәfdәn kifayәt qәdәr yayılmışdı, digәr tәrәfdәn isә getdikcә artan tәlәbatı ödәyә bilmirdi. Çünki mәhdud tezlik diapazonuna vә mәhdud kanal sayına malik idi. Problemin hәlli şanvari rabitә sistemi oldu, bu sistemdә yuvavarı strukturda eyni tezlikdәn tәkrar istifadә etmәklә kanalların tutumu kәskin artırıldı.
Tәbii ki, şanvari rabitә sisteminin ayrı-ayrı elementlәri әvvәllәr dә mövcud idi. Belә ki, şanvari sistemә oxşar olan rabitә 1949-cu ildә Detroytdә (ABŞ) taksilәrin dispetçer xidmәtindә – kanalları әvvәldәn danışılaraq müxtәlif yuvalarda eyni tezlikdәn istifadә etmәklә tәtbiq olunurdu.
Lakin arxitekturası bu gün şanvari rabitә sistemi kimi tanınan sistem 1971-ci ildә ABŞ-ın rabitә üzrә Federal Komissiyası tәrәfindәn tәqdim olunan Bell Sistem kompaniyasının texniki mәruzәsindә verilib. Еlә bu tarixdәn dә şanvari rabitә sisteminin möhtәşәm inkişafı başladı.
1974-cü ildә ABŞ-ın rabitә üzrә Federal Komissiyası şanvari rabitә üçün 800 MHs diapazonda 40 MHs tezlik zolağının ayrılması qәrarını qәbul etdi vә 1986-cı ildә bu tezlik zolağına daha 10 MHs әlavә olundu. 1978-ci ildә Çikaqoda 2000 abunәçi üçün nәzәrdә tutulmuş ilk tәcrübi şanvari rabitә sisteminin sınağına başlanıldı. Buna görә dә 1978-ci ili şanvari rabitә sisteminin praktiki tәtbiqi ili hesab etmәk olar. İlk avtomatik kommersiya şanvari rabitә sistemi dә 1983-cü ilin oktyabrında Çikaqo şәhәrindә “American Telephone and Telegraph” (ATAT) kompaniyası tәrәfindәn istismara verildi. Şanvari rabitә Kanadada 1978-ci, Yaponiyada 1979-cu, Skandinaviyada (Daniya, Norveç, İsveçrә, Finlandiya) ölkәlәrindә 1981-ci, İspaniya vә İngiltәrәdә isә 1982-ci ildәn istifadә edilir. Son vaxtlar şanvari rabitәdәn, demәk olar ki, dünyanın bütün ölkәlәrindә çoxsaylı abunәçi faydalanır.
Mobil rabitә sisteminin qurulma prinsipi
Mobil rabitә sisteminin qurulma prinsipinә keçmәdәn öncә gәlәcәkdә bu vә ya digәr şәkildә istifadә olunan bәzi terminlәrә baxmaq mәqsәdәuyğundur.
– simpleks rejimi – qәbul vә ötürmә üçün eyni tezlikdәn istifadә olunan rejimdir.
– yarımdupleks (ikitezlikli simpleks) rejimi – qәbul vә ötürmә üçün iki tezlikdәn istifadә olunan rejimdir. Lakin dupleks rejimindәn fәrqli olaraq, bu rejimdә tezliklәrdәn eyni anda yox, növbә ilә istifadә olunur (ötürmә bir tezlikdә, qәbul isә digәr tezlikdә aparılır).
– dupleks rejimi – eyni anda iki tezlikdәn birindәn qәbul, digәrindәn isә ötürmә üçün istifadә olunur.
– retranslyator – radiosiqnalları qәbul edәrәk onu yenidәn efirә şüalandıran qurğudur. Retranslyator nә qәdәr yüksәkdә yerlәşdirilәrsә, onun rabitә üçün әhatә dairәsi bir o qәdәr geniş olar.
Dispetçer sistemlәri – “Dispetçer” sözü rabitәnin yaradılmasında yardımçı olan bir insanın (dispetçerin) mövcudluğunu nәzәrdә tutur. Belә ki, mobil, daşınan vә ya stasionar radiostansiyanın abunәçisi müәyyәn bir tezlikdә dispetçer mәrkәzinә zәng edir, sonra isә dispetçer eyni tezlikdә vә ya başqa bir tezlikdә hәmin mәlumatı digәr abunәçiyә ötürür. Belәliklә, dispetçerin vәzifәsi qәbul etdiyi siqnalı tezlik kanalları ilә “retranslyasiya” etmәk vә çağırışları paylamaqdır. Dispetçer mәntәqәsi rabitә sistemlәrindәn, әsasәn, yanğın mühafizәsi, tәcili yardım xidmәti, polis orqanları vә digәr ehtiyac olan sahәlәrdә istifadә olunur.
Retranslyasiya prinsipi, adәtәn, retranslyator qәbul etdiyi siqnalı daim efirә şüalandırdığı üçün qәbulu vә ötürmәni eyni tezlikdә edә bilmәz. Buna görә dә dupleks retranslyator müxtәlif tezliklәrdә işlәyir. Tәbii ki, abunәçi radiostansiyasında da hәmin tezliklәrdәn istifadә edilmәlidir, lakin çevrilmiş halda, yәni retranslyatorun qәbul tezliyi radiostansiyanın ötürücü tezliyinә, ötürücü tezliyi isә qәbul tezliyinә bәrabәr olmalıdır.
Belәliklә, retranslyator qәbul etdiyi siqnalı daim şüalandırdığından, abunәçi radiostansiyasında isә qәbul/ötürmә rejimi kommutasiya olunmalıdır. Yәni gah “danışıram“, gah da “eşidirәm” rejimlәrinә çevrilmәlidir. Retranslyatorun hәssaslığı, gücü nә qәdәr çox, anteni nә qәdәr yüksәkdә yerlәşәrsә, daha geniş vә sabit radiorabitә zonasını әhatә etmәk mümkün olar.
Şanvari rabitә sistemi. Tarixәn, ümumi istifadәli telefon şәbәkәsi (ÜİTŞ) avtomatik telefon stansiyalarından (ATS), naqil vә kabel telefon xәtlәrindәn vә telefon abunәçilәrindәn (TA) ibarәt olub.
Mobil rabitәdә birsәviyyәli şәbәkә 1960-cı illәrdә yaradılıb. ABŞ-da AMPS, Yaponiyada NЕC vә s. bu şәbәkәyә aiddir. Mobil radiorabitә sisteminin inkişafı ilә әlaqәdar olaraq 1980-ci illәrdә radiotelefon rabitәsindә ikisәviyyәli şәbәkә yaradıldı.
Şәkildәn göründüyü kimi, birinci sәviyyә radiosәviyyә, ikinci isә ÜİTŞ-yә aiddir. Şәbәkә elementlәri sadalananlardan ibarәtdir: 1 – radioxәtt; 2 – çoxkanallı birlәşdirici xәtlәr; 3 – magistral birlәşdirici xәtlәr; 4 ‒ telefon rabitә xәtlәri. Burada birinci xәtt qısamüddәtli radioxәtlәr adlanır vә onlar baza stansiyası (BS) ilә mobil stansiya (MS) arasında radiorabitә yaradır. İkinci xәtt isә radiorele xәtti, lifli-optik rabitә xәtti vә ya kabel rabitә xәtti ola bilәr, mәqsәdi dә BS-lә kommutasiya mәrkәzi (KMz) arasında rabitә yaratmaqdır. Mobil rabitә sistemlәri bir çox növlәrә malikdir, onlardan әn geniş yayılanı şanvari rabitә sistemidir (RS).
Şanvari rabitә sisteminin ikinci nәsli olan GSM (Global System for Mobile Communication – Qlobal (Ümumdünya) Mobil Rabitә Sistemi) sistemi hazırda mobil şәbәkәnin bütün abunәçilәrinin ¼- ni әhatә edir. Bu sistemdә tezlik diapazonu 900, 1800 vә 1900 MHs qәbul edilib.
Şanvari RS-in әhatә etdiyi sahә xüsusi yuvacıqlara bölünür vә nәzәri olaraq bu yuvacıqlar arı şanına oxşadığından şanvari RS adlanır.
RS-in әhatә etdiyi әrazi relyefindәn asılı olaraq şanların (sotların) orta radiusu 100 metrdәn 10 kilometrә qәdәrdir. Radiusu r 0,5km olan yuvacıqlar mikrosotlar, r 0,5km olanlar isә makrosotlar adlanır. Yeddi әdәd şanvari yuvacıq (sotka) birlәşәrәk bir әdәd klaster tәşkil edir. Hәrәkәtdә olan abunәçilәrә xidmәt etmәk üçün şanın mәrkәzindә hәr bir yuvacığa әrazini radiorabitә ilә tәmin edәn xüsusi stansiya – BS (baza stansiyası) yerlәşdirilir.
RS-in şanvari struktur әsasında qurulmasında әsas mәqsәd eyni bir tezliyin şanvari strukturun digәr yuvacıqlarında tәkrar-tәkrar istifadә edilmәsidir, bu da onun әn әsas üstünlüyüdür. Belәliklә. sistemin şanvari prinsip әsasında qurulması RS-in tezlik diapazonunun daha böyük sahәni әhatә etmәsinә imkan verir.
Tezliklәrin tәkrar istifadә edilmәsi modeli mobil sistemdә hәr bir yuvacığın mәrkәzindә (adәtәn, BS-in üstündә) yerlәşdirilmiş vә hәr tәrәfә (360º bucaqla) istiqamәtlәndirilmiş antеnlәr vasitәsilә tәmin edilir. Bu mәqsәdlә şanvari strukturda rabitәni tәmin etmәk üçün 120º bucaq altında yerlәşdirilmiş 3 antendәn vә ya 60º bucaq altında yerlәşdirilmiş 6 әdәd antendәn istifadә edilir vә o, әhatә dairәsindә hәrәkәtdә olan stansiyalara – radiotelefon (mobil telefon) abunәçilәrinә xidmәt edir. Abunәçi bir BS-in әhatә dairәsindәn digәrinә keçdikdә xidmәt dә onun xәbәri olmadan digәr (keçdiyi) baza stansiyasına verilir.
Әgәr mobil telefon mövcud baza stansiyasının tәsir dairәsindәn çıxarsa, onda mobil telefon rabitәni digәr baza stansiyası ilә tәnzimlәyir (bu әmәliyyat, ingiliscә “handover” adlanır). Bütün BS-lәr, kommutasiya mәrkәzinә (KMz) radioxәtt vasitәsilә birlәşdirilir vә KMz- lә fasilәsiz olaraq әlaqәdә olur. Sistemdә bir neçә KM olarsa, onlar da öz aralarında rabitә kanalları (lifli- optik vә ya radiorele rabitә xәtlәri) vasitәsilә әlaqәlәndirilir. Hәr bir KM öz növbәsindә stasionar rabitә şәbәkәsinә (ÜİTŞ) qoşulmuş olur. Qeyd etmәk olar ki, real şәraitdә yuvacıqların forması düzgün altıbucaqlıdan fәrqlәnәn dairәyә oxşar oval formasında olur. Buna sәbәb verilmiş yuvacığın әhatә dairәsindә radiodalğaların yayılması vә sönmәsinin relyefin quruluşundan, әrazidә tikililәrin, hündür binaların, yaşıllıqların vә s.-in olmasından asılı olaraq formalaşmasıdır. Bu sәbәbdәn BS-in yerlәşdirilmәsi yuvacıqların (şanların) mәrkәzinә düşmәyә dә bilәr. BS-dә istiqamәtlәndirilmiş antenlәrdәn istifadә edildikdә, onlar da şanların kәnarında yerlәşdirilә bilәr.
Hәrәkәtdә olan stansiyalar (HS, bunlara mobil telefonlar vә avtomobil radiostansiyaları daxildir) baza stansiyaları (BS), BS-lәr isә kommutasiya mәrkәzi (KMz) ilә rabitә xәtlәri vasitәsilә әlaqәlәndirilir.
Şanvari rabitәnin әsas tәrkib hissәsi hәrәkәtdә olan stansiya (HS) vә baza stansiyasıdır. Baza stansiyaları, adәtәn, hündür binaların üstündә vә ya xüsusi qüllәlәrdә yerlәşdirilir. Mobil telefon rabitә yaratmaq mәqsәdilә açılarsa (tәbii ki, bağlı olan mobil telefonla baza stansiyası ilә heç bir radiorabitә saxlanmır), ilkin olaraq efiri “dinlәyәrәk” baza stansiyasının siqnalı tapılır. Bundan sonra, radiotelefon (HS) baza stansiyasına özünün unikal identifikasiya kodunu göndәrir. Belәliklә, HS vә baza stansiyası arasında daimi olaraq radiorabitә saxlanılır. HS-lә baza stansiyası arasındakı rabitә analoq (AMPS, NAMPS, NMT-450) vә ya rәqәmsal (DAMPS, CDMA, GSM, UMTS) protokollarla aparıla bilәr. Şanvari şәbәkә müxtәlifstandartlı baza stansiyalarından tәşkil oluna bilәr ki, bu da şәbәkәnin işinin optimallaşdırılmasına vә onun әhatә dairәsinin yaxşılaşdırılmasına imkan verir.
Şanvari RS-dә sistemin әhatә dairәsinin genişlәndirilmәsi, sistemin texniki imkanlarının (tutumunun) artırılması zәrurәtindәn, iki vә daha çox KMz-ә malik ola bilәr.
Yalnız bir xarici şәbәkә KMz-lә rabitә yaradılır. Bu onunla әlaqәdardır ki, texniki avadanlıqları, elәcә dә abunәçilәri qeydә alan yerli qurğu yalnız KMz-in birindә yerlәşdirilir. Bu, texniki avadanlıqları, abunәçilәri vә s. qeydә alan vә nәzarәtdә saxlayan yerli qurğunun yalnız birindә – mәrkәzi KMz-dә yerlәşdirilmәsi ilә әlaqәdardır. Qeyd etmәk lazımdır ki, NMT-450 standartında 1-KMz 18 zonaya, 1-zona isә 128 BS-ә xidmәt edir.
Әgәr әrazidә bir neçә müxtәlif şanvari sistem (mobil operator) yerlәşәrsә, bu zaman hәr bir mobil operator öz mәrkәzi KMz-ini vә yerli qurğusunu yaradır. Bu halda, ayrı-ayrı mәrkәzi KMz-lәr uzlaşdırıcı qurğuların kömәyi ilә öz aralarında müvafiq rabitә xәtlәri vasitәsilә birlәşdirilә bilәr.
Müxtәlif mobil operatorlar öz aralarında “rominq” müqavilәsi bağlaya bilir. Bu müqavilә nәticәsindә sәfәrdә olan yerli abunәçi digәr mobil operatorların şәbәkәsindәn istifadә etmәklә zәnglәri qәbul edә vә ya özü zәng edә bilәr. Azәrbaycanda şanvari rabitә 1992-ci ildәn yaradılıb vә istifadә edilmәyә başlanılıb.
Hәr bir şanvari RS-in әsas elementlәrindәn biri hәrәkәtli stansiya (HS) vә ya radiotelefon (mobil telefon) aparatıdır. Adi telefon aparatlarından fәrqli olaraq, mobil telefonların bir sıra әlavә funksiyaları mövcuddur. Bu funksiyalara mobil telefonun baza stansiyaları ilә müntәzәm olaraq qarşılıqlı әlaqәsi vә buna әsasәn, mobil telefonun koordinatlarının vә yerdәyişmәsinin baza stansiyası tәrәfindәn tәyin edilmәsi aiddir.
Mobil telefon, әsasәn, üç hissәdәn ibarәtdir:
1) ötürücü-qәbuledici bloku (anten bloku);
2) siqnal formalaşdırıcı blok;
3) idarәetmә bloku.
Baza stansiyalarının tәrkibinә daxil olan bir çox elementlәr öz funksional tәyinatlarına görә hәrәkәtli stansiyaların (mobil telefonun) uyğun elementlәri ilә eynidir. Lakin baza stansiyaları daha mürәkkәb vә böyük ölçülәrә malikdir ki, bu da onların şanvari rabitә sistemindә çox böyük rol oynaması ilә bağlıdır.
Baza stansiyasının әsas xüsusiyyәtlәrindәn biri dә odur ki, qәbul zamanı siqnalların tez zәiflәmәsinin qarşısını almaq mәqsәdilә parametr vә ya koordinatlarına görә fәrqlәnәn bir neçә siqnalın birgә istifadәsi mümkün olur. Tәcrübәdә, әsasәn, bir neçә anten vasitәsilә qәbul edilәn siqnalların birgә istifadәsi üsulu tәtbiq edilir. Bu mәqsәdlә baza stansiyalarında iki qәbuledici anten quraşdırılır.
Bundan әlavә, stansiyada qәbuledici vә ötürücü antendәn dә istifadә olunur. Baza stansiyasının digәr xüsusiyyәti isә bir neçә qәbuledici vә bir o qәdәr sayda da ötürücüdәn istifadә edilmәsidir. Qәbuledici vә ötürücülәrin çox olması sayәsindә stansiyanın müxtәlif tezliklәrә malik olan bir neçә kanalda eyni vaxtda işlәmәsi tәmin edilir. Еyniadlı qәbuledici vә ötürücülәrin yenidәn köklәnә bilәn ümumi dayaq generatorları var (sxemdә onlar göstәrilmәyib). Generatorlar bir kanaldan digәrinә keçid zamanı ötürücü vә qәbuledicilәrin uzlaşdırılmış halda işlәmәsini tәmin edir. Sistemdә istifadә olunan ötürücü-qәbuledicilәrin sayı (n) baza stansiyasının konstruksiyasından vә komplektlәşmәsindәn asılıdır.
Baza stansiyası ilә kommutasiya mәrkәzi eyni obyektdә deyil, әrazi baxımından bir-birindәn aralıda yerlәşirsә, onda onları әlaqәlәndirmәk üçün adi rele vә ya optik rabitә xәtlәrindәn istifadә edilir. Baza stansiyalarında istifadә edilәn kontroller, әslindә, çox güclü vә müasir kompüter olub bütövlükdә stansiyanın bütün işini idarә edir. Bu kompüter, hәmçinin stansiyanın tәrkibinә daxil olan bütün blok vә elementlәrin işinә nәzarәti hәyata keçirir.
Baza stansiyalarının etibarlı işini tәmin etmәk üçün onun әksәr blok vә digәr qurğuları ikiqat ehtiyatla hazırlanır (rezervlәşdirilir). Stansiyanın tәrkibinә avtonom qida mәnbәyi (akkumulyator batareyası) daxildir ki, o da fasilәsiz olaraq stansiyanın qidalanmasını tәmin edir.
Kommutasiya mәrkәzi (KMz) – mobil rabitә sisteminin beyin mәrkәzi vә dispetçer mәntәqәsi hesab edilir. Bütün baza stansiyalarından daxil olan informasiya KMz-dә kommutasiya olunaraq (müvafiq çıxış kanalına verilmәklә) onun daxilindәn keçir. Beynәlxalq, şәhәrlәrarası vә yerli stasionar telefon şәbәkәlәrinә giriş KMz vasitәsilә tәmin edilir.
Kommutasiya mәrkәzinin tәrkibinә bir neçә prosessordan tәşkil olunmuş, paylanma strukturuna malik idarәetmә kompleksi vә ya mәrkәzi nәzarәt kompleksi daxildir. Kommutasiya mәrkәzindә yaradıla bilәn bütün giriş vә tranzit rabitәlәr mәrkәzi idarәedici kompleksin bilavasitә iştirakı ilә tәşkil olunur. Şәkildәn görün- düyü kimi, rabitә xәtlәri rabitә kontrollerlәri vasitәsilә kommutasiya sahәsinә qoşulur. Bu kontrollerin (prosessorun) әsas vәzifәsi informasiyanı müәyyәn dәrәcәdә emal etmәkdәn (qablaşdırmaqdan, bir- birindәn ayırmaqdan, bufer yaddaşında saxlamaqdan) ibarәtdir.
Kommutasiya mәrkәzinin әsas elementlәrindәn biri dә verilәnlәr bazasıdır. Buna ev registrindә, qonaq registrindә, identifikasiya mәrkәzindә vә avadanlıqlar registrindә qeydә alınmış verilәnlәr aiddir. Ev registrindә baxılan sistemdә qeydә alınmış bütün abunәçilәr vә onlara göstәrilәcәk xidmәt növlәri barәdә olan informasiyalar yaddaşda saxlanılır.
Qonaq registrindә tәqribәn eyni informasiyalar yaddaşda saxlanılır, ancaq bu informasiyalar müvәqqәti vә ya qonaq olan abunәçilәrә aid informasiyalardır. Hәmin qonaq abunәçilәr başqa sistemdә daimi qeyd olunduqları üçün bu sistemdә qonaq abunәçi sayılırlar.
İdentifikasiya mәrkәzi – abunәçilәrin identifikasiya olunmasını (tanınmasını) vә mәlumatların şifrlәnmәsini tәmin edәn qurğudur. Kommutasiya sahәsi – elektron sistemli ATS-lәrdә olduğu kimi hәr hansı iki giriş vә çıxış xәtlәri arasında dördnaqilli, vaxta görә sıxlaşmış rabitә dövrәlәrini kommutasiya etmәyә xidmәt edir. Kommutasiya sahәsi ayrı-ayrı modullardan tәşkil olunur vә onlar yüksәk etibarlılığı tәmin etmәk üçün cüt hazırlanır ki, onlardan biri işçi, digәri isә ehtiyatda saxlanılır. Kommutasiya sahәsinin modulları ilә kommutasiya mәrkәzinin giriş vә çıxışları impuls kod modulyasiyası (İKM) kanalları vasitәsilә әlaqәlәnir.
Nәticә
Aparılan araşdırmalar nәticәsindә belә qәnaәtә gәlmәk olar ki, sistemin şanvari prinsip әsasında qurulması tezlik diapazonundan çoxqat vә effektiv istifadәyә vә daha böyük sahәni әhatә etmәyә, çoxsaylı abunәçi tutumuna şәrait yaradır. Müxtәlif mobil operatorların şanvari şәbәkәlәri xüsusi qarşılıqlı razılaşdırılmış müqavilә әsasında bir-biri vә elәcә dә avtomatik telefon şәbәkәlәri ilә birlәşdirilir. Bu, bir operatorun abunәçisinin digәr operatorun abunәçisinә, elәcә dә stasionar telefondan mobil telefona vә әksinә zәng etmәyә imkan verir. Belәliklә, şanvari rabitә sistemi müasir dövrün әn geniş yayılmış mobil radiorabitәsidir.
İstifadә edilmiş әdәbiyyat siyahısı
1. Галкин, В.А. Цифровая мобильная радиосвязь. Учебное пособие для вузов / В.А.Галкин.
2. М.: Горячая линия-Телеком, – 2007. – 432 с.
3. Злобин, В.И. Интеллектуальные адаптивные системы и комплексы в связи и управлении: Монография / В.И.Злобин, М.В.Иващенко, Г.В.Иванова. – М.: МО РФ, – 2005. – 276 с.
4. Hata, M. Empirical formula for propagation loss in land mobile radio services // IEEE Trans. Vehicular Technology, – 1980. V. 29, N 3, – p. 317-325.
5. Управление радиочастотным спектром и электромагнитная совместимость радиосистем. Учебное пособие. / Под ред. М.А.Быховского. – М.: Эко-Трендз, – 2006. – 367 с.
6. Makarenko, S.I. Descriptive Model of a Special Purpose Communication Network // Systems of Control, Communication and Security, – 2017. No. 2, – p. 113-164.
polkovnik Teymur Niftaliev
polkovnik Ramiz İmanov
e.o. general-mayor Fazil Aşumov
Ordu.az