Ordu.az xəbər verir ki, bu barədə "1in.am" nəşrində dərc olunan məqalədə qeyd olunub.
Nəşr yazıb ki, 1999-cu ildə İstanbulda ATƏT-in sammitində Robert Köçəryanın "İnsan hüquqları sahəsi" bölməsinin 19-cu maddəsinin lehinə səs verməsi bütün bunların parlaq nümunəsidir.
"1999-cu ilin noyabrında İstanbulda ATƏT-in sammitində dövlətlərin və hökumətlərin rəhbərləri tərəfindən qəbul edilmiş Avropa Təhlükəsizlik Xartiyasının "İnsan hüquqları sahəsi" bölməsinin 19-cu maddəsindən sitat: "İnsan hüquqlarına, o cümlədən milli azlıqlara mənsub olan şəxslərin hüquqlarına qarşı tam hörmət bunun özlüyündə məqsəd olmasından başqa pozulmamalıdır, əksinə ərazi bütövlüyünü və suverenliyi möhkəmləndirməlidir. Muxtariyyətin müxtəlif konsepsiyaları, eləcə də ATƏT-in prinsiplərinə uyğun gələn yuxarıda qeyd olunmuş başqa yanaşmalar mövcud olan dövlətin tərkibində milli azlıqların etnik, dil və dini kimliyinin qorunması və təşiqi vasitələridir". Bu formulada Ermənistanı təmsil edən Robert Köçəryan lehinə səs verib, qəbul edib ki, Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi Azərbaycan tərkibində baş verə bilər", - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az