"Qarabağın minalardan təmizlənməsi səylərini azaltmırıq" - Rusiya XİN başçısı

2020/11/0dcb7-1606153324.jpg
Oxunub: 1703     13:19     06 May 2021    
“Qarabağ ətrafındakı vəziyyətin sabitləşməsində irəliləyiş əldə olunmasını qeyd etmişik. O cümlədən minalardan təmizləmə, dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevanda ermənistanlı həmkarı Ara Ayvazyanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

S.Lavrov Rusiya, Azərbaycan, Ermənistan Baş nazir müavinlərinin rəhbərlik etdiyi, regionda iqtisadi əlaqələrin, nəqliyyat yollarının açılması ilə məşğul olan işçi qrupun regionda vəziyyətin sabitləşməsinə mühüm töhfələr verdiyini bildirib: “Münaqişədən sonrakı dövrdə ümumi vəziyyəti sabitləşdirmək, qurucu əməkdaşlıq etmək üçün zəruri şərtlərin yaradılması naminə bu işlərin uğurlu olması mühüm əhəmiyyət daşıyır”.

Rusiyalı nazir həmçinin etimad ab-havasının yaradılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin bundan sonra da fəaliyyətinin zəruri olduğunu söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ   Ermənistan   Rusiya   XİN  


"Qarabağın minalardan təmizlənməsi səylərini azaltmırıq" - Rusiya XİN başçısı

2020/11/0dcb7-1606153324.jpg
Oxunub: 1704     13:19     06 May 2021    
“Qarabağ ətrafındakı vəziyyətin sabitləşməsində irəliləyiş əldə olunmasını qeyd etmişik. O cümlədən minalardan təmizləmə, dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevanda ermənistanlı həmkarı Ara Ayvazyanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

S.Lavrov Rusiya, Azərbaycan, Ermənistan Baş nazir müavinlərinin rəhbərlik etdiyi, regionda iqtisadi əlaqələrin, nəqliyyat yollarının açılması ilə məşğul olan işçi qrupun regionda vəziyyətin sabitləşməsinə mühüm töhfələr verdiyini bildirib: “Münaqişədən sonrakı dövrdə ümumi vəziyyəti sabitləşdirmək, qurucu əməkdaşlıq etmək üçün zəruri şərtlərin yaradılması naminə bu işlərin uğurlu olması mühüm əhəmiyyət daşıyır”.

Rusiyalı nazir həmçinin etimad ab-havasının yaradılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin bundan sonra da fəaliyyətinin zəruri olduğunu söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ   Ermənistan   Rusiya   XİN  


Bizi "telegram"da izləyin