“Qarabağ məsələsinin həlli müvəqqəti olaraq dayanacaq” – Tarasov

2020/12/00-92-1608889366.jpg
Oxunub: 32046     14:02     30 Aprel 2021    
“Qarabağ məsələsinin həlli fasilə götürəcək və müvəqqəti olaraq dayanacaq”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın “Regnum” xəbər agentliyinin redaktoru, qafqazşünas Stanislav Tarasov son dövrdə Ermənistan və Qarabağ ətrafında baş verən inkişaflardan danışarkən bildirib.

“Amerikalılar müharibənin nəticələrini legitim hesab etmirlər və Minsk qrupu vasitəsilə fəaliyyətlərə yenidən başlamaq istəyirlər. “Soyqırımı”nın (qondarma – red.) tanınması İrəvan və Ankara arasında qaldırılmayan kontaktlar yenidən başlayan zaman baş verdi. Düşünürəm ki, türklər birdən-birə getməyəcəklər, fasilə verəcəklər, bu o deməkdir ki, Qarabağ məsələsinin həlli dayanacaq”, - deyə Tarasov qeyd edib.

Onun sözlərinə görə, Moskva ATƏT-in Minsk qrupunun işindən imtina etməyib, Makron da ATƏT-in Minsk qrupunun işlərinin aktivləşdirilməsi məsələsini qaldırır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ   Tarasov  


Bizi "telegram"da izləyin