Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan XİN-in bəyanatında bildirilib.
Qeyd olunub ki, tərəflər rəsmi Tbilisinin Azərbaycan-Gürcüstan-Ermənistan sülh platforması təşəbbüsünü bir daha alqışlayıb.
Bildirilib ki, görüş zamanı Gürcüstan tərəfi bir daha rəsmi Tbilisinin müxtəlif regional formatlarla bağlı mövqeyini təkrarlayıb və iştirakçı ölkələr arasında konstruktivlik, ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinə söykənən münasibətə ehtiyacın olmasını vurğulayıb.
Görüş zamanı Ukraynada və Gürcüstanın işğal altındakı ərazilərində vəziyyətə dair müzakirə də aparılıb.
Ordu.az