Niyə Qarabağdan Ermənistana sursat gətiriblər?

2020/11/22-16-6418600384.jpg
Oxunub: 3176     16:33     16 Aprel 2021    
Müharibə zamanı Qarabağdan Ermənistana silah və sursatları qanunsuz yolla məql etmək işi üzrə həbs edilmiş şəxslər diqqətəlayiq ifadələr veriblər.

Ordu.az xəbər verir ki, bu iş üzrə məhkəmə qərar qəbul edib.

Həbs edilmiş şəxlsərdən biri olan Zöhrab Qalstyan ifadə verib və bildirib: “Mən bilərəkdən heç bir şey etməmişəm, bütün bunları etmək qorxudan irəli gəlib. Silahı Gorusda təhvil verməyəcəkdim, çünki Hadruta geri qaytarmalı idim”.

Həsb edilmiş şəxslərdən olan Harut Mirumyan da ifadə verib və bildirib ki, özünü günahkar hesab etmir, 2020-ci il oktyabrın 23-də Zöhrab Mesropla birlikdə onun evinə gəlib. O gün onun evində qalıblar. Ertəsi gün Zöhraba məxsus “UAZ” markalı avtomobillə erməni əsgərlərə əşyalar aparmaq məqsədilə Qarabağa getmək qərarına gəliblər. O gün onun evində qalıblar və ertəsi gün Qarabağa yola düşüblər.

Suqovuşan həbi hissəsinə çatıblar, əsgərlərə müxtəlif əşyalar veriblər və o gün əsgərlərlə qalıblar.

Zöhrab Qasparyan 2 illik müddətə azadlıqdan məhrum edilib. Mesrop Qasparyan 4 illik müddətə azadlıqdan məhrum edilib. Harut Mirumyan isə 2 illik həbs cəzası alıb. Bu hökmdən Ermənistan Apellyasiya Məhkəməsinə şikayət verilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Ermənistan   Böhran  

Niyə Qarabağdan Ermənistana sursat gətiriblər?

2020/11/22-16-6418600384.jpg
Oxunub: 3177     16:33     16 Aprel 2021    