Rusiyalı politoloq: “Qarabağ tipik post-sovet münaqişəsindən Suriyada mövcud olana bənzər hansısa bir şeyə çevrilir”

2017/11/345345354435345_1509814397.png
Oxunub: 17622     14:45     19 Mart 2021    
“Müttəfiqlər bəzən sərt və ciddi mübahisəyə hazır olmalıdır. Düşünürəm ki, dostlar və müttəfiqlər bunu zaman-zaman etməlidirlər, çünki diplomatiya və tost siyasəti ən yaxşı vasitə deyil”.

Ordu.az xəbər verir ki, bunu İrəvanda dəyirmi masa zamanı rusiyalı politoloq və tarixçi Sergey Markedonov deyib.

Onun sözlərinə görə, müttəfiqlər bir-birlərinə təriflər deyə bilərlər, lakin eyni zamanda tez və gec su üzünə çıxacaq bəzi qəzəb və narazılıq ünsürləri toplanacaq.

“Anlaşılmazlığı və ya qiymətləndirmələrin qeyri-mütənasibliyini müəyyənləşdirmək daha yaxşıdır”, - Markedonov qeyd edib.

Markedonov bildirib ki, Qarabağ münaqişəsi kifayət qədər tipik post-sovet münaqişəsindən Suriyada mövcud olana bənzər hansısa bir şeyə çevrilir.

Onun sözlərinə görə, bugünkü vəziyyətə əsasən çox müxtəlif reaksiyalar və müxtəlif qiymətləndirmələr yaradan türk-rus “kondominium”u görmək olar.

“Bununla bağlı keçmiş və indi arasında paralellər tapmaq cazibəsi yaranır”, - deyə Markedonov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin