"Ermənistan öhdəliklərini yerinə yetirməlidir" - Ceyhun Bayramov

2021/03/mhm-1-1615975659.jpg
Oxunub: 17502     13:49     17 Mart 2021    
Dağlıq Qarabağa dair üçtərəfli bəyanatlar bölgədə sülh və əmin-amanlığın təmini, kommunikasiyaların blokadasının aradan qaldırılması, yeni iqtisadi layihələrin həyata keçirilməsinə ciddi zəmin yaradır.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyadan olan həmkarı ilə birgə mətbuat konfransında deyib.

Nazir bildiriib ki, bütün bölgə, o cümlədən Ermənistan bunun faydasını görəcək.

"Bunun üçün ölkələr öhdəliklərini dürüst şəkildə yerinə yetirməlidirlər. Razılaşmaların bəzi bəndləri yerinə yetirsə də, bəziləri üzrə Ermənistandan konstruktiv yanaşma görmürük. Ermənistan bütün hərbi birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaq öhdəliyini götürüb və Azərbaycan ərazisinə hərbçilərinin göndərilməsi cəhdlərinə son qoymalıdır. Bu, regionda sülh və təhlükəsizliyə təhdidir", - deyə XİN başçısı vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov  


Bizi "telegram"da izləyin