Xocavənd və Füzuli rayonlarında daha 6 məhv edilmiş erməni hərbi qulluqçunun meyiti tapılıb

2021/03/xocav-1615382357.jpg
Oxunub: 5064     17:15     10 Mart 2021    
Bu gün Xocavənd rayonunun cənub-şərq hissəsində və Füzuli rayonunda həyata keçirilmiş axtarış işləri nəticəsində daha 6 məhv edilmiş erməni hərbi qulluqçunun meyiti tapılıb və təxliyyə edilib.

Ordu.az xəbər verir ki, bunlardan 3-ü Füzuli rayonunun müdafiə mövqelərindən, digər 3-ü Xocavənd rayonu ərazisindən tapılıb.

İlkin məlumatlara görə, onların hamısı hərbi qulluqçudur. Onların kimliyi məhkəmə-tibbi ekspertizasından sonra məlum olacaq.

Atəşkəsdən sonra bu günə qədər ümumi olaraq 1496 erməninin meyiti tapılıb.

Sabah axtarışlar davam edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xocavənd   Füzuli  


Bizi "telegram"da izləyin