Prezident İlham Əliyev: Azərbaycan öz öhdəliklərinə sadiqdir

2021/02/5b94f-1614084004.jpg
Oxunub: 1559     16:33     23 Fevral 2021    
Azərbaycan öz öhdəliklərinə sadiqdir.

Ordu.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Biz müharibə zamanı beynəlxalq norma və qaydalara əməl etməklə çox ləyaqətli, doğru şəkildə davrandıq. Zənnimcə, müharibədən sonra çox konstruktiv yanaşma nümayiş etdiririk. Düşünürəm ki, bu reallıqlar uzunmüddətli olacaq.

Regionumuzun uzun illər ərzində gözlədiyi sülh bərqərar olub və bu sülh uzunmüddətli olmalıdır. Əminəm ki, Mərkəzin fəaliyyətində siz, həmçinin bu imkanlara, müharibədən sonrakı inkişaf imkanlarına, münaqişədən sonrakı vəziyyətə diqqəti cəmləyəcəksiniz".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İlham-Əliyev  

Prezident İlham Əliyev: Azərbaycan öz öhdəliklərinə sadiqdir

2021/02/5b94f-1614084004.jpg
Oxunub: 1562     16:33     23 Fevral 2021    