Tonoyan imtina edir: Erməni əsgərin "müalicəsi"ndən sonra, məzar daşı problemi

2018/10/recei-1540809456.jpg
Oxunub: 581     14:33     29 Oktyabr 2018    
Ermənistanın Vanadzor şəhər sakini Sonik Qazaryan sabiq müdafiə naziri Seyran Ohanyanın zamanında əsgər valideynlərini qəbul etdiyini xatırlamaqla, indiki müdafiə naziri Davit Tonoyanın qəbuluna düşə bilmədiyindən şikayətlənib.

Ordu.az-ın məlumatına görə, o, Seyran Ohanyanın dövründə ölən hərbi qulluqçuların valideynlərinə maddi yardım göstərildiyini xatırladaraq, Nikol Paşinyanla görüşə gedərkən qara paltarlı əsgər analarını, kobud şəkildə kənara itələdiklərini qeyd edib.

Avqustun 22-də Nikol Paşinyan tərəfindən aprel döyüşlərində ölən hərbi qulluqçuların valideynləri qəbul edilərkən, Vanadzordan gələn əsgər anası (oğlu başqa vaxt ölüb) ilə birlikdə Sonik Qazaryana qarşı mühafizə xidməti kobud davranaraq, onları uzaqlaşdırıb və qəbula buraxmayıb.

O bildirir ki, 2014-cü ildə oğlu Xaçik Barseğyan orduya aparılıb. 6 ay sonra, dekabr ayında onu xərçəng xəstəliyi ilə geri evə göndəriblər. Ayaq üstə dayana bilməyən Xaçik Barseğyanı əsgər yoldaşları gətirib evə qoyublar. O, 2016-ci ilin mart ayında ölüb.

Məlumata görə, Balahovit yaşayış məntəqəsində yerləşən rabitə bölməsində qulluq edən Barseğyanın, çağırış zamanı hərbi həkim komissiyası tərəfindən ayaq damarlarında problem olduğu qeyd edilsə də, hərbi xidmətə yararlı hesab olunub.

Anası oğlunun xidmət edə bilmədiyinə görə, hərbi xidmətdən azad olunması üçün hərbi hissəyə müraciət etdiyini qeyd edib.

"Oğlumun hərbi xidmətdən azad edilməsi müqabilində hərbi hissənin həkimi məndən 4000 dollar rüşvət istəyib. Bu məbləği verə bilmədiyimə görə, oğlum zülmlə xidmət etdiyini bildirirdi. Dekabr ayında isə ayağında böyük bir qara yara ilə əsgər yoldaşları tərəfindən qucaqda evə gətirildi. Onun müalicəsi üçün Seyran Ohanyan vəd versə də, hakimiyyət dəyişikliyi baş verdikdən sonra heç kim kömək etmədi", - deyə o etiraz edib.

Xəstəliyin hərbi xidmətlə əlaqədar olmadığını əsas gətirərək, Sona Qazaryana ölən hərbi qulluqçunun varisi kimi heç bir maddi yardım və ya təqaüd hüququ verilməyib. Ümumiyyətlə xərçəng xəstəliyi ilə aşkar edilən hərbçilərə yardım edilməsindən müdafiə nazirliyinin imtina etməsi barədə məlumatların çox olduğu qeyd edilir.

Sona Qazaryan qeyd edir ki, hərbi xidmət zamanı oğlu addımlaya bilmədiyinə görə komandir Qevork Mkrtçyan tərəfindən qəddarcasına döyülsə də heç bir tədbir görülməyib.

Vaxtilə oliqarxlardan, baş nazirdən, müdafiə naziri Tonoyandan oğlunun müalicəsi üçün pul xahiş etsə də, artıq buna ehtiyac yoxdur. İndi o, yalnız oğlunun məzar daşının düzəldilməsini xahiş edir. Yalnız şəkildə kirayə yaşayan qadın heç bir maddi imkanının olmadığını və bu günə qədər məzar daşının düzəldilmədiyini qeyd edir.

Alpər Mövludoğlu
Ordu.az

Foto

Teqlər: Ermənistan-ordusu   Ölüm   Zorakılıq  

Tonoyan imtina edir: Erməni əsgərin "müalicəsi"ndən sonra, məzar daşı problemi

2018/10/recei-1540809456.jpg
Oxunub: 582     14:33     29 Oktyabr 2018    