Silah və hərbi texnika qış mövsümündə istismar rejiminə keçirilir - FOTO+VİDEO

2018/10/34862-1539004075.jpg
Oxunub: 1343     17:05     08 Oktyabr 2018    
Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi prosesi aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib.

Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikaların yanacaq-sürtkü materialları dəyişdirilib, onlara planlı şəkildə qulluq göstərilib.

Qış istismar rejiminə keçid soyuq iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə icra olunub.

Ordu.az

Foto

Teqlər: MN   Silah-sursat  

Silah və hərbi texnika qış mövsümündə istismar rejiminə keçirilir - FOTO+VİDEO

2018/10/34862-1539004075.jpg
Oxunub: 1344     17:05     08 Oktyabr 2018    