Müdafiə Nazirliyindən
Ordu.az-a verilən məlumata görə, əvvəlcə Dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olunub. Hərbi liseyin döyüş bayrağı təntənəli surətdə meydana gətirilib.
Tədbirdə çıxış edənlər bayram münasibətilə kursantları təbrik edib, onlara tədrisdə və hərbi hazırlıqda uğurlar arzulayıblar.
Daha sonra sıra meydanında gənc kursantlar şərəf andı içiblər.
Hərbi liseyin şəxsi heyəti “Naxçıvanskilər” marşını ifa etdikdən sonra mərasim şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçməsi ilə başa çatıb.
Ordu.az