Ordumuzda “Açıq qapı” günü və andiçmə mərasimləri keçirilib - FOTOLAR

2018/08/945ce160870ba0360efc344422324cad_6136554628_1534150669.jpg
Oxunub: 2365     21:35     12 Avqust 2018    
General-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, avqustun 12-də bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, müxtəlif hərbi hissələrdə rəhbər heyətin iştirakı ilə keçirilən tədbirlərdə valideynlərlə görüşlər təşkil edilərək onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb.

Ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkib, həmçinin mədəni-kütləvi tədbirlərdə iştirak ediblər.

Ordu.az

Foto

Teqlər: Azərbaycan-Ordusu   Açıq-Qapı   Andiçmə  

Ordumuzda “Açıq qapı” günü və andiçmə mərasimləri keçirilib - FOTOLAR

2018/08/945ce160870ba0360efc344422324cad_6136554628_1534150669.jpg
Oxunub: 2366     21:35     12 Avqust 2018    