Türkiyəli hərbi qulluqçular Azərbaycanda səfərdədir

2018/08/e6ed908915dc5617fe6458bc203875a9_1533284580.jpg
Oxunub: 2562     16:23     03 Avqust 2018    
Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı razılığa əsasən qardaş ölkənin bir qrup hərbi qulluqçusu və onların ailə üzvləri ölkəmizdə səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, hərbi qulluqçuların, mülki işçilərin və onların ailələrinin qarşılıqlı ziyarətlərinin təşkili çərçivəsində həyata keçirilən səfər iki ölkə arasında mövcud olan qədim dostluğun, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Proqrama uyğun olaraq qonaqların Bakı, Gəncə, Şəmkir və Şəki şəhərlərinə ekskursiyası təşkil edilib. Türkiyəli heyət ölkəmizin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, adət-ənənəsi ilə yaxından tanış olub, mətbəximizə məxsus yemək və şirniyyatlardan dadıblar.

Ordu.az

Foto

Teqlər: Türkiyə   Azərbaycan  

Türkiyəli hərbi qulluqçular Azərbaycanda səfərdədir

2018/08/e6ed908915dc5617fe6458bc203875a9_1533284580.jpg
Oxunub: 2563     16:23     03 Avqust 2018    