DSX Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib

2018/07/01_1531293502.jpg
Oxunub: 875     15:37     10 İyul 2018    
2018-ci ildə yaradılmasının 11-сi ildönümünü qeyd edən Dövlət Sərhəd Xidmətinin Akademiyası böyük inkişaf yolu keçərək qabaqсıl hərbi təhsil müəssisəsi səviyyəsinə yüksəlmişdir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, bu müddət ərzində DSX-nin Akademiyasında Azərbaycan dövlətçiliyinə sədaqətli, peşəkar sərhədçi zabitlərin hazırlanması, hərbi qulluqçuların döyüş hazırlığının təkmilləşdirilməsi, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pedaqoji potensial və ən yüksək standartlara cavab verən maddi-texniki baza formalaşdırılmışdır.

İyul ayının 10-da Dövlət Sərhəd Xidməti Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilmişdir. Ənənəvi olaraq möhtəşəm Dövlət Bayrağı Meydanında təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak etmişlər.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik etmiş, onlara xidmətdə uğurlar arzulamış, tövsiyə və tapşırıqlarını vermiş, Azərbaycanın hər bir sərhədçisi kimi onların da dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhəd-çisi adını daima uca tutacaqlarına inamını ifadə etmişdir.

General-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təkcə 2018-ci il ərzində 2 dəfə Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrinə səfərlərinin, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın DSX-nin Xüsusi Məktəbinin yeni korpusunun açılış mərasimində iştirakının Dövlət Sərhəd Xidmətinə göstərilən ali diqqətin növbəti ifadələri olmasını xüsusi vurğulamışdır.

Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən bu qayğı sayəsində əldə olunmuş xidməti nailiyyətlərdən danışan general-polkovnik Elçin Quliyev dövlət bayrağımızın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağını, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə hər an hazır olmalarını bildirmişdir.

Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunmuş, gənc zabitlər “Sərhədçi andı”nı qəbul etmişlər. Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər.

Mərasimdən sonra gənc zabitlər Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Ordu.az

Foto

Teqlər: Dövlət-Sərhəd-Xidməti   Məzuniyyət  

Xəbər lenti

DSX Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib

2018/07/01_1531293502.jpg
Oxunub: 876     15:37     10 İyul 2018    