Ordu.az xəbər verir ki, turnirdə bölmələri təmsil edən 12 komanda iştirak edib. 20 gündən artıq davam edən turnirin final mərasimi bu günə təsadüf edib. Finala çıxan, ön cəbhədə xidmət aparan tabor və kəşfiyyatçıları təmsil edən komandalar 90 dəqiqə meydançada açıq mübarizə aparıblar.
Oyunun əsas vaxtı 2-2 hesabı ilə başa çatdığı üçün hakim əlavə vaxt təyin edib. Təyin edilən əlavə vaxt da heç-heçə bitdiyi üçün qalib 11 metirlik zərbələrdən sonra məlum olub.
Belə ki, kəşfiyyatçılar rəqibin qapıçısını 4 dəfə məyus etməyi bacararaq finalın qalibi olublar. Çempionlar, o cümlədən 2-ci və 3-cü yerin sahiblərinə hərbi hissə komandanlığı tərəfindən təsis edilən medal, fəxri fərmanlar və qiymətli əşyalar verilib.
Xatırladaq ki, sözügedən hərbi hissə futbolla yanaşı bir çox idman yarışlarında geniş nüfuz qazanıb, cəbhədə göstərdikləri fəaliyyətlərini böyük idman arenalarında da nümaiş etdiriblər.
Elgün Gəncimsoy
Ordu.az