Naxçıvanda komanda-qərargah təlimləri uğurla başa çatıb - FOTOLAR

2018/06/1_1529951141.jpg
Oxunub: 3937     01:33     26 İyun 2018    
2018-ci ilin hazırlıq planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Orduda iyunun 18-dən iyunun 24-dək davam edən komanda-qərargah təlimi uğurla başa çatıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, komanda-qərargah təlimində qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr tərəfindən döyüş atışlarının icrası və qəbul olunmuş qərarların Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması məşq etdirilib.

Təlim komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Naxçıvan   Təlim  


Bizi "telegram"da izləyin