Tank müharibəsi: Modernləşdirilən M1 "Abrams", "Armata"ya qarşı - ANALİZ

2018/05/1_1526713508.jpg
Oxunub: 3979     11:03     19 May 2018    
Müasir və perspektivli zirehli vasitələrin müqayisəsi populyar hesab edilir və bu mövzuda daha yeni nəşrlərin yaranmasına səbəb olur. Bir neçə gün öncə, ABŞ-ın "The National Interest" nəşri yenə də perspektiv tankların hipotetik döyüşü ilə əlaqədar fikirlərini yayımlayıb. Diqqətə layiqdir ki, bu dəfə biz yeni hazırlanan maşınların hələ gələcəkdə baş verə biləcək döyüşləri barədə danışırıq.

Mayın 15-də "Tank müharibəsi: Kim qazanacaq Amerikanın yeni M1 "Abrams" və ya Rusiyanın "Armata" tankı? Məqalə redaksiyanın "Buzz və Security" bölməsində yerləşdirilib.

Məqalənin başlanğıcında, müəlliflər dünyanın qabaqcıl ölkələrinin ən yeni tanklarının iştirak edə biləcəyi münaqişənin mümkün şərtlərini qısaca göstəriblər. Rusiya ilə ABŞ arasındakı ziddiyyətlər Avropada açıq qarşıdurmaların başlanmasına gətirib çıxararsa, belə bir münaqişənin tammiqyaslı nüvə müharibəsinə çevrilmə təhlükəsi yaranır. Beləliklə, potensial Üçüncü Dünya müharibəsi Atom Armagedonu ilə başa çatmaq riski daşıyır.

Ancaq digər çətin inanılan ssenarilər var. Məsələn, Kalininqrad vilayətində 20-ci illərdə müxtəlif orduların istənməyən bir toqquşması ola bilər. Onun nəticəsində Amerika və Rusiya qoşunlarının ən yeni tanklarının bir-birinə qarşı çıxacağı yerli bir münaqişə yaranacaq.

Müəlliflər ehtimal edir ki, 20-ci illərin ortalarında ABŞ zirehli parkının əsasını "General Dynamics Land Systems" tərəfindən müasirləşdirilən M1A2 SEP v.4 tankları təşkil edəcək. Onlar SEP v.2 (Silahlı Qüvvələrdə artıq mövcuddur) və SEP v.3 (istehsalı yaxın keçmişdə başlayıb) mövcud versiyalı tanklardan aşkaretmə, rabitə və inkişaf edən qoruma vasitələri və təkmilləşdirilən sistemləri ilə fərqlənəcək. Lakin, M1A2 SEP v.4 tankı mövcud "Abrams" kimi görünəcək.

Redaksiya heyətinin məlumatına görə, Rusiya ordusu qarışıq zirehli vasitələrdən istifadə edəcək. Tərkibində T-72B3M, T-80BVM və T-90M tankları da ola bilər. Bundan əlavə, ordu ən yeni T-14 "Armata" tanklarının bir neçəsinə də sahib ola bilər.

Belə bir tank qruplaşmasının ən nüfuzlu komponenti hələ tam hazır olmayan T-14 tankıdır. İdeal təhlükəsizlik xüsusiyyətləri və insansız qülləyə sahib tank yüksək hərəkətlilik xüsusiyyətləri göstərir.

"The National Interest" İsveçrə ordusunun kapitanı, tank bölüyünün komandiri, indi Tətbiqi Elmlər Universitetinin aspirantı və partlayıcı vasitələr üzrə ekspert Stefan Bahlerin gəldiyi nəticələri dərc edib.

Aprelin ortalarında Offiziere.ch nəşri Bahlerin "Texniki tərəfdən T-14" adlı məqaləsini dərc edərək, ekspertin rus tankı ilə bağlı məlum araşdırmasının müəyyən nəticələrini diqqətə çatdırıb.

Amerika nəşrinin yazdığına görə, kapitan Bahler Rusiya tankının daha yüksək enerji performansı olduğunu qeyd edib. Yerə xüsusi təzyiq baxımından T-14 tankı xarici döyüş vasitələrinə bənzəyir. Eyni zamanda, o daha yüksək xüsusiçəkiyə malikdir. Beləliklə, 48 ton döyüş kütləsi olan "Armata", Amerikanın "Abrams" və ya Almaniyanın "Leopard 2" tankından daha manevrli olmalıdır.

Mühərrik gücü baxımından T-14 tankı "Abrams" və "Leopard-2" ilə bərabərdir. Eyni zamanda, T-14 rəqiblərinə nisbətən 20% daha az, 48 ton ağırlığındadır.

Bahler, "Armata"nın xüsusi gücünün hər ton kütləyə görə 31,3 at gücünə və ya 22,9 kVT-a bərabər olduğunu, müqayisəsi aparılan analoqlarda isə bu parametrin 24 at gücü və 17.6 kVt səviyyəsində olduğunu müəyyən edib. T-14, M1A2 və ya "Leopard 2" tanklarına nisbətən daha ensiz tırtıldan istifadə edir. Bu parametr az çəki ilə kompensasiya edildiyinə görə, üç tankın səthə xüsusi yükü təxminən bərabərdir.

Kapitan Bahler qorunma və sağ qalma probleminə də toxunub. T-14 layihəsi, korpusun birləşmiş zireh mühafizəsindən istifadəni və əlavə olaraq dinamik və aktiv qorunmanı nəzərdə tutur.

Müdafiə avadanlıqlarının belə bir birləşməsi döyüş qabiliyyətli tank əleyhinə silahlara qarşı "Abrams"ın zireh və əyri bloklarına nisbətən döyüşdə daha yüksək müqavimət göstərə bilər. Qorunma və təhlükəsizlik göstəricilərinə qüllənin dizaynı da müsbət təsir göstərməlidir. Ekipaj onun sərhədlərindən kənarda olduğuna görə onun üçün risklər daha da azalır.

Bütün bu məlumatlardan və qiymətləndirmələrdən sonra Bahler maraqlı bir nəticəyə gəlib. O, düşünür ki, Rusiyanın T-14 "Armata" tankının müasir xarici zirehli vasitələrdən daha güclü müdafiəsi mövcuddur. Bütün bunlarla birlikdə bu döyüş vasitəsi rəqiblərindən daha yüngüldür. Aşkaretmə və optik elektron vasitələrə gəldikdə isə Bahlerə görə, bu sahədə Amerika zirehli vasitələri üstünlüyə malikdir.

Rusiya sənayesi hələ də bu istiqamətdə geridə qalır və bu tankın imkanlarına təsir edir. Ekspertin sözlərinə görə, optik vasitələr hələ də bir çox tanklar üçün problemlər yaradır. Müasir optik elektron vasitələr, eləcə də onların optik sələfləri hələ də düşmən atəşindən qorxurlar və mexaniki zədə ala bilirlər. Bütün tərəqqiyə baxmayaraq, optika T-14 də daxil olmaqla, bütün tankların "Axilles dabanı"dır.

İnsansız qüllə kontekstində, perspektivli bir rus tankının başqa bir çatışmazlığından da bəhs edilib. Bahler bildirir ki, "Armata"nın komandiri hərəkət zamanı daha geniş müşahidə üçün lyukdan çıxaraq ətrafa baxa bilmir.

Belə problemlər praktikada müasir texnologiyaların köməyi ilə, yəni video kameraların köməyi ilə həll olunur. Ekspertlər arasında video sistemlərinin real imkanları ilə bağlı mübahisələr mövcuddur. Mübahisə optik elektron sistemlərin ənənəvi optik qurğularla eyni baxış bucaqlarını təmin edə biləcəyi mövzusundadır.

Bu suala cavab vermək üçün kapitan Bahler aviasiya sənayesinin uğurlarını xatırladır. F-35 qırıcı pilotunun üzərinə ekran quraşdırılan bir dəbilqəyə sahibdir. Təyyarənın hər tərəfinə quraşdırılan çoxsaylı kameralardan alınan informasiya kompüter tərəfindən 3D formatında emal edilərək, pilotun gözlərinin baxdığı istiqamətdəki görüntüləri, dəbilqəyə quraşdırılan ekrana ötürür.

Bu texnologiya İsrailin "ELBIT Systems" şirkəti tərəfindən hazırlanır və "Iron Vision" ( Dəmir Görüntü) adlanır. Belə bir sistemin T-14 tankında istifadə edilməsi onun komandirinə ənənəvi tank komandirlərinin görə biləcəyindən daha artıq görünüş sahəsinə imkan verəcək.

"The National Interest"in məqaləsi orijinal və gözlənilməz nəticələrlə bitmir. Onun müəllifləri T-14 "Armata" və M1A2 SEP v.4 "Abrams" tanklarının oxşar texniki xüsusiyyətlərinə və döyüş keyfiyyətlərinə malik olduğuna inanırlar. Nəticədə, bu döyüş maşınlarının heç biri rəqiblə müqayisədə ciddi üstünlüyə malik deyil.

Lakin, daha müasir müşahidə və aşkaretmə vasitələri, daha səmərəli ekipaj hazırlığı və üstün hərbi doktrina "Abrams" tanklarına müəyyən üstünlük verə bilər.

Bir çox xarici müəlliflərin yazdığı kimi, əgər Rusiya və ABŞ arasında müharibə başlayarsa "aşağı səviyyəli" taktiki məsələlər ümumi qarşılıqlı nüvə məhvetmə riskindən daha kiçik problem olacaq.

*****

Yeni ideyalardan istifadə edilərək yaradılan rus tanklarının müntəzəm olaraq təkmilləşdirilən xarici analoqları ilə müqayisə edilməsi yenilik deyil, lakin hələ də öz aktuallığını saxlayır və diqqəti cəlb edir. Bunun nə qədər davam edəcəyini də yalnız ehtimal etmək olar.

Müqayisələrin hazırkı mərhələsinin Rusiyanın, ABŞ-ın və ya digər bir ölkənin yeni bir tankının görünməsinə qədər davam edəcəyi şübhəsizdir. Tamamilə yeni yaradılan bir maşının "rəqibləri", mövcud modellərin müasirləşdirilən modelləri olacaq.

"The National Interest"in müəllifləri "yarış iştirakçılarını" seçilməsində xüsusi bir yanaşmadan istifadə ediblər. Onlar orduya göndərilməyə hazırlaşan T-14 tankını və hələ inkişaf mərhələsində olan təkmilləşdirilən M1A2 SEP v.4 tankı ilə müqayisə etmək qərarına gəliblər. Həqiqətən, bu maşınlar iyirminci illərin sonunda döyüşdə qarşılaşa bilər, lakin bizim zamanda, belə bir müqayisə birmənalı görünmür. İstehsalçılar, mütəxəssislər və ictimaiyyətlə yeni texnologiya layihələrinin detallarını bölüşməyə tələsmədiyinə görə, hələlik müxtəlif qiymətləndirmələrə, fərziyyələrə və proqnozlara istinad etmək məcburiyyətindəyik.

Belə bir mövcud vəziyyətdə tankın müəyyən xüsusiyyətləri əlavə məlumatsız da nəzərə çarpır. Bunların bəziləri "The National Interest" redaksiyasının bir neçə dəfə istinad etdiyi, Offiziere.ch nəşrində dərc edilən kapitan Bahlerin "Texniki tərəfdən T-14" adlı məqaləsinin nəticələrində də diqqətə çatdırıb.

Məqalənin sonunda İsveçrəli zabit perspektivli bir Rusiya tankı ilə bağlı bütün məlumatların tənqidi şəkildə qiymətləndirmək lazım olduğunu xatırladır. Buna baxmayaraq, Rusiya müdafiə sənayesi Kremldən lazımi siyasi dəstək alaraq, uğurla insansız qülləyə sahib tank konsepsiyasını həyata keçirdiyi halda, xarici ölkələrin mühəndisləri 70-ci illərdən bəri zirehli vasitələrin ömrünü uzatmaq üçün müntəzəm cəhdlər edir. Bahler hələ T-14 tankının hazırkı formada hələ də müxtəlif çatışmazlıqlarının olduğunu qeyd edir. Lakin bu vəziyyət xarakterik bir detala malikdir. Ən optimist təxminlərə görə, Qərb yalnız növbəti üç-beş il üçün gələcək tankların ilk prototipini təqdim edə biləcək. Bu müddətdə rusiyalı mütəxəssislər "Armata"nın köməyi ilə uzun illik təcrübəyə malik olacaqlar.

Kapitan Bahler, tank istehsalının tarixini xatırlamağa çağırır. Rus mütəxəssisləri bir neçə dəfə bu sahədə inqilab ediblər. Lakin onlar tamamilə yeni bir fikirə sahib olduqları üçün deyil, irəliyə doğru bir addım atmaq cəsarətinə sahib olduqları üçün bunu bacarıblar.

Son illərdə yaşanan hadisələr göstərir ki, Rusiya irəliyə doğru bir addım atmağa daha yaxındır. Rusiyanın əlində ən azı təcrübəli və seriya öncəsi yeni bir model olduğu halda, əsas xarici rəqibləri hələ də köhnə avadanlıqları yenidən modernləşdirməklə məşğuldur.

Əlbəttə ki, güclü orduları olan böyük ölkələrin qarşılaşması vəziyyətində, münaqişə qısa bir zamanda nüvə zərbələrinin mübadilə mərhələsinə keçə bilər. Lakin bu arqumentlər yeni zirehli layihələrdən imtina etmək üçün yetərli bir səbəb deyil. Bu isə tankların inkişafının, bununla yanaşı müxtəlif nümunələrin müqayisə edilmə cəhdlərinin davam edəcəyini göstərir.

Yazı "The National Interest" nəşrinin və Ryabov Krilin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: M1-Abrams   Armata  

Xəbər lenti

Tank müharibəsi: Modernləşdirilən M1 "Abrams", "Armata"ya qarşı - ANALİZ

2018/05/1_1526713508.jpg
Oxunub: 3980     11:03     19 May 2018    