Qarabağda regional və qlobal təhlükəsizlik mühiti gərginləşir - ANALİZ

2018/05/qarabag-foto345_1526292389.jpg
Oxunub: 5608     14:53     14 May 2018    
Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan hökumətinin təxribatçı bəyanatlarından və son zamanlar artan düşmən təxribatları fonunda, ötən gün Müdafiə naziri Zakir Həsənov iclas keçirərək Azərbaycan ordusunun işğal altında olan Qarabağda geniş miqyaslı müharibəyə hazır olduğunu bildirdi.

Təbii ki, əsas məsələ Nikol Paşinyanın mayın 9-da işğal altında olan Xankəndinə gələrək, oyuncaq qurumun danışıqlar prosesində iştirakına dair verdiyi təxribatçı bəyanatlara aiddir. Vasitəçilik edən ölkələr Paşinyanın sözügedən təxribatçı bəyanatlarına cavab vermədi.

Bu baxımdan, rəsmi Bakının reaksiyası gözlənilən idi. Çünki danışıqlar formatının dəyişdirilməsi barədə təxribatçı təklif, Ermənistanın danışıqlardan imtina etməsidir ki, bununla da ölkəmiz haqlı olaraq torpaqlarımızın azad edilməsi üçün əməliyyatlara başlaya bilər.

Paşinyanın bəyanatları fonunda, hər hansı bir çaxnaşmaya düşməyə ehtiyac yoxdur. Çünki Paşinyan özü də yaxşı dərk edir ki, yaranacaq vəziyyət nəinki, işğal altında olan ərzilərin azad edilməsi ilə nəticələnə bilər, hətta Ermənistanın özü üçün də böyük itgilərə səbəb ola bilər. Digər tərəfdən isə ayıq-sayıqlığı əldən vermək və İrəvandan edilən bütün bəyanatları psixoloji təzyiq və ya təbliğat müharibəsi komponenti olaraq da qəbul etmək olmaz.

Düşmən tərəfindən təxribatçı hərbi fəaliyyətlərin baş verməsi daim mümkündür və buna ilk növbədə regional Ermənistan hakimiyyəti daxilində olan xaotik vəziyyət töhvə verir. Lakin yalnız bu amil Paşinyan hökumətini üçün belə bir sıçrayışa nail olmaq üçün kifayət deyil.

2016-cı il, aprel döyüşlərindən sonra rəsmi İrəvan hər zaman təxribatlara başlamağa can atıb. Bu, xüsusilə indi daha aktual xarakter alıb. Məxməri inqilab nəticəsində Ermənistanda yaranmış hökumətdaxili böhran fonunda geniş miqyaslı əməliyyatların başlanması və ya Azərbaycanı hansısa yolla müharibəyə cəlb etmək üçün addımlar atıla bilər.

Hazırda dünyada, humanitar dəyərlərdən əlavə, ilk növbədə, hərbi-siyasi maraqlar xüsusi çərçivə əsasında qurulur. Son iki il ərzində Ermənistan 2016-cı ilədək işğal altında olan ərazilərdə "status-kvo"nu saxlamağa, başqa sözlə Ermənistana saxlayan havadarlarından dəstək almağa cəhd göstərirdi.

Ermənistanın bölgədə artırdığı təhdidi dayandırmaq, işğala son vermək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşlərində iki dəfə Qarabağ məsələsini qaldırıb və danışıqlar prosesinə Türkiyənin də daxil olması müzakirə edilib. Müzakirələrin qapalı formatda keçirilməsi, rəsmi Moskvanın münasibətini tam aşkarlamağa imkan verməyib.

Nəticədə, gələk Ermənistanda baş verən məxməri inqilabın Moskvanın məsələyə dair yanaşmalarını dəyişdirməsinə... Rusiya hakimiyyəti Ermənistanda yaşanan hadisələri soyuqqanlıqla izləyir. Təbii ki, Moskvanın qeyri-təbii sakitliyi Ermənistan hakimiyyəti üçün narahatlıq doğurur. Paşinyanın Qarabağla yanaşı, Rusiyaya qarşı verdiyi bəyanatlar Moskvanı taktikanı dəyişdirməyə, erməni inqilabına qarşı əks təsir göstərməyə vadar edib.

Məsələn, hazırda Rusiyadan Ermənistana hərbi məhsulların ixracı məhdudlaşdırılır. Baş verəcək toqquşmalarda Rusiyanın Paşinyan hökumətinin arxasında durmayacağı və ona qarşı nəzərdə tutulan cəza tədbirlərinin düşünülməsi istisna edilmir.

Digər tərəfdən, İranla bağlı son dövrdə baş verən dramatik hadisələr, regional təhlükəsizlik mühitin gərginliyini kəskin şəkildə artırır və təhlükəsizlik mühitinə obyektiv şəkildə yeni təhdidlər gətirir. Bu fakt, Qərbyönümlü Paşinyanı təxribatlara təşviq edə bilər. Çünki nisbi sabitliyin təmin olunması üzrə beynəlxalq alətlərin və zəmanətlərin böhranı, xaotik bir vəziyyət yaradır.

Belə bir geosiyasi vəziyyətdə Ermənistanın yeni hakimiyyəti, yaranmış böhranlı vəziyyətdən çıxmaq yalnız bir seçim edə bilər: Qarabağda vəziyyəti gərginləşdirmək, qeyd edildiyi kimi təxribatçı fəaliyyətlər həyata keçiməklə Azərbaycanı müharibəyə cəlb etmək.

Alpər Mövludoğlu
Yazı Ordu.az-a məxsusdur

Teqlər: Qarabağ   Müharibə  

Xəbər lenti

Qarabağda regional və qlobal təhlükəsizlik mühiti gərginləşir - ANALİZ

2018/05/qarabag-foto345_1526292389.jpg
Oxunub: 5611     14:53     14 May 2018    