Bununla yanaşı, mətbuatın təxmin etdiyi kimi, Tramp təşəbbüsün həyata keçirilməsinə yaşıl işıq yandıra bilər. Kosmik Qüvvələrin meydana gəlməsi ABŞ ordusunun döyüş qabiliyyətinə necə təsir edəcəyinə diqqət yetirək.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Kosmik Qüvvələrin müzakirəsinə həsr olunan tədbirdə
ABŞ-ın prezidenti Donald Tramp, ordu futbol komandasının oyunçularını təltif edərkən, səlahiyyətlilərin Kosmik Qüvvələrin yaradılmasını düşündüyünü söyləyib.
"Biz həqiqətən altıncı növ (Silahlı Qüvvələrin forması) haqqında düşünürük. Bu Kosmik qoşunlar olacaq. Burada məna varmı? Kosmik potensialımız həm hərbi, həm də digər səbəblərdən böyüyür. Və biz Kosmik Qüvvələrinin yaradılmasını ciddi şəkildə nəzərdən keçiririk", - deyə Tramp bildirib.
Tramp Kosmik Qüvvələrinin yaradılmasına dair bir neçə dəfə bəyanat verib. Martın 13-də Kaliforniya ştatının hava limanında danışan ABŞ prezidenti, yeni tipli qoşun növü Silahlı Qüvvələrin milli strategiya çərçivəsinə uyğun olduğunu söylədi: "Kosmos - hərbi əməliyyatlar aparmaq üçün yer, hava və dəniz kimi eyni məkandır. Bəlkə də Kosmik qoşunlarımız da olacaq. Bu ola bilər".
"Müharibə üçün məkan"
ABŞ Silahlı Qüvvələri olduqca mürəkkəb bir komanda təşkilatı quruluşu ilə fərqlənir. Amerika ordusu, Silahlı Qüvvələrin beş növündən ibarətdir: Quru Qüvvələri, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Dəniz Piyadaları Korpusu, Sahil Mühafizəsi.
Bundan əlavə, ABŞ ordusunda Milli Qvardiya - Quru Qoşunlarının və Hərbi Hava Qüvvələrinin ehtiyatları əsasında yaradılan qoşunlar mövcuddur.
ABŞ Silahlı Qüvvələrinin strukturu 1947-ci ildən, Hərbi Hava Qüvvələri formalaşdıqdan sonra dəyişməyib. Qalan növlər XVIII əsrin sonlarından etibarən mövcuddur. Kosmik texnologiyaların inkişafında iştirak edən hərbçilər və mülki şəxslər Hərbi Hava Qüvvələrinə tabe olan Kosmik komandanlıqda xidmət edirlər. Bölmə 1982-ci ildə yaradılıb. Onun əsas vəzifəsi peykləri buraxmaq və fəaliyyətini dəstəkləməkdir. Aparatların istismarı ilə birbaşa Pentaqona tabe olan Milli Kəşfiyyat İdarəsi məşğul olur.
Amerika Birləşmiş Ştatları dünyanın ən böyük orbital qruplaşmasına malikdir. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (İİSS) məlumatına görə, 125-dən çox ABŞ peyki Yer ətrafında orbitdədir. Cihazların əksəriyyəti müşahidə, naviqasiya və məlumat ötürülməsi funksiyalarını yerinə yetirir. Yer, hava və dənizdən raket hücumları endirmək üçün peyklər hədəf təyinat prosesində əsas rol oynayır.
1980-ci illərin əvvəlindən etibarən kosmosun militarizasiyası ilə bağlı təşəbbüslər müntəzəm olaraq ABŞ-ın hərbi-siyasi elitası arasında müzakirə olunur.
Bu yanaşma Tramp tərəfindən açıq şəkildə təşviq edilir və kosmosu "müharibə üçün bir yer" adlandırır.
Hərbi Hava Qüvvələrinin Komandanlığı kosmosda silah yerləşdirmə ehtimalını istisna etmir. HHQ-nin rəhbərliyinə görə, Pentaqon, Rusiyanın və Çinin artan potensialına, kosmik axtarışlarına və peyk əleyhinə silah yaratmaq cəhdlərinə cavab verməlidir.
NASA-nın perspektivli kosmik vasitəsi "Boeing" X-37
2018-ci il fevralın 27-də ABŞ Hərbi Hava Qüvvələrinin Komandanı general David Qoldfein bildirib ki, bir neçə il içində ABŞ ordusunun kosmosdan zərbə endirə biləcək. Onun fikrincə, Hərbi Hava Qüvvələri rəhbərliyinin əsas məqsədi kosmosda və havada tam üstünlük əldə etməkdir.
Siyasətçilər razıdır, generallar qarşıdır
"Defense News" nəşrinin məlumatına görə, Amerika elitasının bir hissəsi kosmosun hərbiləşdirilməsi planlarını dəstəkləyir. Lakin Kosmik Qüvvələrinin yaradılması layihəsi hakimiyyət orqanları arasında şiddətli müzakirələrə səbəb oldu. Ümumiyyətlə, Konqres Silahlı Qüvvələrinin yeni bir növünün yaradılması ideyasını dəstəklədi, lakin ABŞ generalları və xüsusilə HHQ rəhbərliyi buna qarşı çıxdı.
Kosmik Qüvvələrinin yaradılmasının tərəfdarları yeni qoşun növünün yaradılması, Vaşinqtonun hərbi texnologiyaların inkişafına ciddi əhəmiyyət verdiyini vurğulamaq üçün vacib olduğuna inanırlar. HHQ təkibindən Kosmik Komandanlığın çıxarılması hərbi kosmik proqramların idarə edilməsinin effektivliyinin artmasına səbəb olacağı güman edilir. Xüsusilə, respublikaçı Mayk Rocers və demokrat Cim Kuper, kosmosun hərbiləşdirilməsinə səy göstərmədikləri üçün HHQ Komandanlığını sərt tənqid ediblər. Onların sözlərinə görə, HHQ əsas diqqətini perspektiv kosmik layihələrin ziyanına olaraq aviasiya sahəsinə yönəldir. Konqresmenlər ABŞ ordusunun növbəti üç-dörd ildə tam hüquqlu Kosmik qüvvələr yarada biləcəyinə inanırlar.
Lakin müdafiə nazirliyinin rəsmiləri ABŞ-ın müstəqil Kosmik Qüvvələr Komandanlığının yaradılmasını bürokratiyanın artmasına və qoşunların idarəetmə sisteminin mürəkkəbləşməsinə gətirib çıxaracağını, nəticədə isə hərbi büdcənin əhəmiyyətli artımına səbəb olacağının qeyd edirlər.
Artıq tədbirlər
Hələlik ABŞ prezidenti Tramp rəsmi qərar qəbul etməyib və eyni zamanda generalların da fikrini nəzərə almaya bilməz. Bəzi ekspertlər ABŞ-da ordunun strukturunu dəyişdirməyə ciddi ehtiyac olmadığını, yeni növ qoşun növünün yaradılması üçün heç bir zəmin yaradılmadığını qeyd edirlər.
12 noyabr 2017, Peykləri orbitə çıxaran raketin buraxılışı
Kosmik Qoşunların yaradılması haqqında müzakirələr hərbi büdcənin bölünməsi və ya siyasi PR ilə bağlı olduğunu iddia edənlər də mövcuddur. Əslində yeni qoşun növünün yaradılması üçün əvvəlcə onun ixtisaslaşdırılmış maddi texniki bazası və təhsil infrastrukturu yaradıldıqdan sonra baş verməlidir.
"Qoşunların yeni bir növünün yaradılmasının çətin, lakin uğurlu bir prosesinin nümunəsi olaraq 1959-cu ildə SSRİ-nin Raket və Artilleriya qoşunlarından Strateji Təyinatlı Raket Qoşunlarının ayrılmasını göstərmək olar. Ayrıldıqdan sonra məlum oldu ki, strateqlər xüsusi təhsil almalıdırlar və onların texnikalarının istismarı ixtisaslı yanaşma tələb edir", - deyə "Military" portalının yaradıcısı Dmitri Kornev RT kanalına bildirib. ABŞ kosmosun hərbi sahədə əhəmiyyətini sanki bir qədər daha yüksək qiymətləndirir.
Kornevin sözlərinə görə, kosmosun hərbiləşdirilməsi - hətta ABŞ üçün çox bahalı layihədir. Silahların yerləşdirilməsinə, yalnız ABŞ-ın üçüncü dünya müharibəsinin qaçılmaz olduğunu dərk etməsindən sonra haqq qazandırıla bilər.
"Nəzəri olaraq, amerikalılar orbitə lazerlər, müxtəlif peyk əleyhinə sistemlər yerləşdirə və ya yeni peyklərin inkişafına daha çox investisiya qoya bilər. Lakin Rusiya və Çin ABŞ üçün real hərbi təhlükə təşkil etmir, buna görə də bu tədbirlər və digər fəaliyyətlər artıqlıq edəcək", - deyə Kornev fikrini tamamlayıb.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az