Etiraz aksiyaları, yoxsa cəbhədə gərginlik: Sarkisyan hansını seçəcək?

2018/04/45645645645645ghghh_1524059435.jpg
Oxunub: 2803     20:29     18 Aprel 2018    
Son zamanlar Ermənistanda baş verən siyasi ictimai proseslər işğalçı ölkədə vəziyyətin kifayət qədər mürəkkəb olduğunu göstərir. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı ölkədə keçirilən aksiyalar genişlənməkdədir. Marionet ölkədə hərbi, iqtisadi və siyasi problemlərin həll edilməsi istiqamətində yetərli addımların atılmaması, hakimiyyət uğrunda mübarizədə müxalif qüvvələrin siyasi mübarizədən kənarlaşdırılması, idarəetmədə yalnız “Qarabağ” klanından olan yaxın ətrafinın təmsil olunması, hərbi sahədə son əməliyyatlardakı uğursuzluqlar və s. hazırki qeyri-sabit vəziyyətin yaranmasına səbəb olub.

İctimai fikri etiraz aksiylarından yayındırmaq məqsədilə Sarkisyan rejimi cəbhədə gərginliyi artırmağa çalışır.

Digər tərəfdən isə seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqları əngəlləmək üçün düşmən danışıqlar prosesinin bərpa olunmasında maraqlı olmadığını sübut edir. Beynəlxalq normativ hüquqi qaydalarla istifadəsi qadağan olunan bu cür çirkin metodların işğalçı dövlət tərəfindən tətbiqi mövcud vəziyyəti gərginləşdirmək, Azərbaycanı cavab tədbirləri görməyə təhrik etmək və bununla da təmsil olunduğu hərbi-siyasi blokun digər üzvlərinin diqqətini növbəti dəfə cidd-cəhdlə münaqişəyə cəlb etmək kimi iyrənc məqsədlər güdür.

Ermənistanın hakimiyyətinin əsas məqsədinin xarici havadarları vasitəsilə Dağlıq Qarabağın işğalını uzatmaqdan ibarət olduğu heç kimə sirr deyil. Cinayətkar Serj Sarkisyan rejimi münaqişəni öz xeyirlərinə həll etmək imkanına sahib deyil. Əksinə, son hərbi əməliyyatlar Birinci Qarabağ Müharibəsindəki müvəqqəti nailiyyətlərin kimin hesabına əldə olunduğuna dair bizim bütün arqumentlərimizi təsdiqlədi! Əgər münaqişədəki “ilkin uğurlar”ı məğlubiyyətlər əvəz etməyə başlayırsa, Ermənistan hakimiyyətinin tək bir yolu qalır: münaqişənin həlli prosesini uzadaraq Qarabağ kartından qalib qüvvə kimi siyasi məqsədlərini həyata keçirmək məqsədilə mümkün qədər çox istifadə etmək. Son hadisələr isə artıq bu metodların da fiaskoya uğradığını göstərir. Bu mövzuya yenidən qayıdacağıq.

İrəvanın Moskva ilə bağlanan saziş və müqavilələrdən əsas gözləntisi Rusiyanın mümkün hərbi əməliyyatlar başlanacağı təqdirdə Ermənistan ərazilərini qorumaq funksiyasına sadiq qalmasıdır. Əslində, son müqavilələrdə Rusiya bu funksiyanı artıq bir məcburiyyət, ən azından öhdəlik kimi qəbul edib. Aydındır ki, Rusiyanın Qarabağa hüquqi baxımdan birbaşa müdaxilə etməsi mümkün deyil. Rusiya Qarabağ münaqişəsində Ermənistana hərbi siyasi dəstək versə də, birbaşa hərbi müdaxilə etmir. Serj Sarkisyan indiki qeyri-sabit hərbi-siyasi vəziyyətdə baş verən müxalifətin etiraz dalğalarını öz xeyrinə işləməsi üçün müxtəlif variantlara əl atması atıq heç kimi təəccübləndirmir. Ermənistan rəhbərliyi bu münaqişə başlayandan KTMT-ni də bu prosesə cəlb edərək regionda hərbi-siyasi üstünlük əldə etməyə çalışır.

Beynəlxalq qurumların, nə ATƏT-in Minsk Qrupunun, nə Avropa İttifaqının, nə də digər nəhəng dövlətlərin bu münaqişəyə aid fikir bildirmək imkanını çoxdan itirdiyi məlumdur. 30 ilə yaxın bir müddət ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal edərək 1 milyondan çox insanı öz doğma yurd yuvasından didərgin salan işğalçı Ermənistanı hələ də öz adı ilə çağırmayan, proseslərə seyirçi mövqeyində dayanmağa üstünlük verən, 4 ədəd BMT qətnaməsini heçə sayan dünyadan ədalət gözləməyinə dəyməz. Ümid Azərbaycan Ordusunadır!

Hazırkı vəziyyətdə, Sarkisyan rejimi Dağlıq Qarabağ ərazisindən kənarda, Azərbaycan-Ermənistan sərhədlərində vəziyyətin gərginləşməsini və atəşkəsin pozulması ilə “bir güllə ilə bir neçə dovşan vurmaq” taktikasından istifadəyə cəhd edəcəyi bu dəfə də istisna deyil.

Son zamanlar Ermənistanda baş verən müxalifət nümayişlərindən narahat olan Sarkisyan ictimaiyyətin diqqətini öz klanının yaratdığı problemlərdən yayındırmaq və mövcud vəziyyətdən öz xeyrinə istifadə etmək məqsədilə Azərbaycan-Ermənistan sərhəddi istiqamətində təxribatların törədilməsinə start verib. Ermənistanda mitinqlər başlayandan etibarən hər gün siyasi rəhbərliyə yaxın KİV-lərdə guya Azərbaycanın Qazax-Tovuz istiqamətindən bədnam qonşuların İcevan və Tavuş rayonlarının ərazisi atəşə məruz qalması, İcevan- Baqanes avtomobil yolunun atəş altında saxlanılması və s. kimi şayiələr dayanmadan tirajlanır. Bu yolla mövcud rejimin ictimaiyyətin diqqətini nümayişlərdən və onun hədəfi olan hakimiyyətdən yayındıraraq guya sərhəddə baş verən təxribatlara yönəltməsi təsadüfi deyil.

Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və s. qurumlar bu tip təxribat xarakterli proseslərin əvvəlcədən qarşısını almaq üçün faktlara əsaslanan bəyanatları daha öncədən səsləndirərək aidiyyatı üzrə beynəlxalq qurumların diqqətinə çatdırmalıdır. Digər tərəfdən Azərbaycan Ermənistanda daxili qeyri-sabitlik və ya hakimiyyətə qarşı nümayişlər başlayar-başlamaz bu xarakterli təxribatlarla daim qarşılaşır. Ermənistan daim Azərbaycanı bilavasitə sərhəd bölgəsində atəşkəsi pozamaqla ordu hissələrimizi qarşıdurmaya təhrik edir. Buna görə də Qarabağ istiqamətində baş verən bütün toqquşmaların və atəşkəsin pozulmasını hallarının eskalyasiya bölgəsini genişləndirərək Azərbaycanın Ermənistanla sərhəd bölgəsindəki rayonlara keçirməyə cəhd edirlər. Düşmənin bu fəaliyyət proqramına bir növ adət etmişik. Ermənilərin fitnəkar məqsədi bəllidir. Düşmən vassalı olduğu Rusiyanın gözündə zavallı, yazıq və əzilən Ermənistan obrazı yaradaraq Rusiyanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərbi fəaliyyətlərə cəlb etmək istəyir. Təbii ki indiki geosiyasi vəziyyətdə, xüsusilə Ermənistanın üzv olduğu KMTM-də Azərbaycanı dəstəkləyən Qazaxıstan, Qırğızstan və Belarusun mövcudluğu birbaşa addımların atılmasını önləyir.

Ermənilərin işğal altında saxladıqları Qazax rayonunun 7 kəndinin azad edilməsi üçün Azərbaycan Ordusunun səbrinin daşmasını istəyənlərə isə 2016-ci ilin yanvar və aprel aylarını xatırlatmaq istərdim. Bir həmlə ilə işğal altından azad edilən yüksəkliklərdən Dağlıq Qarabağın sərhədlərindən kənarda olanlar da var. Təbii ki, bu yüksəkliklərin işğaldan azad olunması əməliyyatı həyata keçirərkən də Ermənistanın KTMT-nin üzvü idi və bu addımın nə qədər riskli olması Azərbaycan tərəfindən nəzərə alınırdı. İşğal altında olan digər ərazilərin Qarabağ müharibəsi zamanı ələ keçirilməsi isə Azərbaycana onların rəsmi Bakının yurisdiksiyası altına qaytarmaq üçün hüquqi əsas verir. Son illərdə azad etdiyimiz hakim yüksəkliklər isə baş verə biləcək hərbi əməliyyatlarda vacib plasdarm rolunu oynayacaq.

Təbii ki, ön xətt müdafiə mövqelərində duran ordumuzun bu tip təxribatları düzgün dəyərləndirməsi də vacibdir. Atəş açan düşmənə harada yerləşməsindən asılı olmayaraq layiqli və sarsıdıcı zərbə endirilməlidir. Lakin komandirlər vəziyyəti dəqiq dəyərləndirməli, mülki əhali arasında itkilərə yol verəcək fəaliyyətlərə yol verməməlidirlər. Atəşkəsin pozulması halları texniki vasitələrlə qeydə alınmalıdır. Bizim heç bir qonşu dövlətin ərazisinə işğal etmək və bu ideyanı həyata keçirmək üçün digər ölkələrin ordularını evimizə buraxmaq fikrimiz yoxdur. Bu, Qafqaz xalqlarına xas olan xüsusiyyət deyil.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Təxribat   Sərhəd   Ermənistan  

Etiraz aksiyaları, yoxsa cəbhədə gərginlik: Sarkisyan hansını seçəcək?

2018/04/45645645645645ghghh_1524059435.jpg
Oxunub: 2804     20:29     18 Aprel 2018    