"Lockheed Martin"in yeni PUA-sının sirri açıldı - EKSPERT ŞƏRHİ

2018/04/1554_9143207796.jpg
Oxunub: 2757     17:31     16 Aprel 2018    
Ümumiyyətlə, hərbi və təyyarə qurucuları bütün son inkişaflarını nümayiş etdirmirlər. Uzun müddət bir çox məxfi nümunələr ümumi ictimaiyyət üçün qapalı qalır və onlaın ilk ictimai nümayişi adətən bir neçə il gecikir.

Mart ayının sonunda "Lockheed Martin" aviasiya ilə maraqlananlar üçün böyük bir surpriz təqdim etdi. Bu layihə haqqında ilk məlumatlar ortaya çıxandan bir neçə il sonra X-44A tipli eksperimental PUA rəsmi olaraq nümayiş etdirildi.

Unikal və maraqlı bir təyyarənin ictimai "premyerası" 24 və 25 mart tarixlərində Kaliforniyanın "Fox Fild" poliqonunda keçirilən "Los Angeles County Air Show"da baş tutdu. Burada isə Palmdeyl şəhərinin yaxınlığında "Lockheed Martin"in “Skunk Works” kimi tanınan "Advanced Development Programs", yəni inkişaf etdirilən proqramlar şöbəsi yerləşir. Şirkətin bu şöbəsi hava şousuna nəzarət edərək ona hər cür kömək etməyə çalışır. Bu dəfə isə tədbirə nadir eksponat göndərərək onu dəstəklədilər.

Sərgi sahəsində orta ölçülü pilotsüz "uçan qanad" dayanırdı, onun bir tərəfində “X-44A” yazısı, müştərinin, istehsalçının və proqram müəllifinin emblem və loqotiplər görünürdü. X-44A tədqiqat proqramının bütün detalları açıqlanmadığından, PUA-ların yaxınlığında heç bir məlumat xarakterli lövhələr də yox idi.

Müəmmalı hekayə

"Lockheed Martin" X-44A layihəsi son illərdə Amerika aviasiya sənayesinin ən sirli inkişaflarından biri hesab olunur. Bu barədə çox məlumat verilmir və mövcud məlumatlar isə həmişə birxətli xarakter daşıyırdı. Xarici mütəxəssislər dəfələrlə yeni PUA-nın ümumi görünüşünü verməyə çalışdılar, lakin hələ də böyük "ağ ləkələr" qalmaqdadır. Bir eksperimental PUA-nın ilk dəfə nümayiş etdirilməsi bəzi suallara cavab verə bilər, lakin istənilən məlumatların tam həcmini yenə də əhatə etməyəcək.

Bəzi versiyalar və hesablamalara görə, X-44A layihəsi ilə "Lockheed-Martin"-in başqa bir inkişafına tərəf geriyə qayıdıb. Doxsanıncı illərdə "X-44 Multi-Axis No-Tail Aircraft" adlı layihə həyata keçirib, onun məqsədi "quyruqsuz" sxem ilə uçan aparatların xassələrini öyrənmək idi. 2000-ci illərin ortalarında sona çatan belə bir layihənin nəticələri yeni X-44A hazırlanması üçün əsas yaratdığı hesab olunurdu. İndi aydın oldu ki, oxşar adları olan iki aparat bir çox fərqliliklərə sahibdir və əlaqəli hesab edilə bilməz.

PUA-nın yeni versiyasının niyə başqa bir eksperimental layihə ilə birbaşa bağlılığa işarə edən ad almasının səbəbləri məlum deyil. Göründüyü kimi, bu yeni proqramın gizliliyindən və xarici kəşfiyyat orqanlarından öz məqsədlərini gizlətməyin zəruriliyindən irəli gəlib. "A" yazısı ilə yeni layihə haqqında məlumat alan xarici analitiklər mövcud X-44-ün inkişafını düşünəcəyini, əsl mahiyyətin isə fərqli olması ilə manevr etdiklərini də ehtimal etmək olar.

X-44A layihəsi haqqında ilk məlumatlar artıq 90-cı illərin ortalarında məlum oldu, lakin o zaman PUA- ları düzgün müəyyənləşdirmək və onları "Lockheed Martin"in gələcək inkişafı ilə əlaqələndirmək imkanı yox idi. 1996-cı ilin may ayında şirkət PUA mövzusu ilə əlaqəli patent üçün müraciət etdi. Bundan sonra avqust ayında patent alındı. Sənəddə "uçan qanad" sxemi əsasında qurulacaq perspektiv PUA-nın orijinal aerodinamik görünüşü təklif edilirdi. Maşının daxili avadanlığının və tətbiqi sahələrinin mövzusu patent ərizəsində yer almırdı.

Patent PUA-nın dizaynını xarakterik bir görünüşdə və tanınan xüsusiyyətləri ilə təsvir edirdi. Aparat əslində orta ölçüdə və oxvari formada təsvir edilirdi. Maşınun mərkəzi xətti bir fyuzelaj qaynaqlı gövdə ilə əlaqələndirilən çoxbucaqlı konsollardan ibarətdir. Quyruq dayaqları nəzərdə tutulmur. İdarəetmə üçün konsolların arxa kənarındakı meylli ruldan istifadə etmək lazım olacaqdı. Təklif olunan aerodinamik görünüşün əhəmiyyətli bir xüsusiyyəti hamar və maili əyilən səthlərdən yaranan konturdan ibarət olması idi. Böyük çıxıntılar yoxdur. Uyğun harmoniyalı görünüşü yalnız hava alıcı və mühərrik başlığı pozurdu.

Patentə aid olan sxemlərdə yeni İHA-nın korpusu üç əsas bölmədən ibarətdir: mərkəzi və bir cüt yan konsol. Birincisi, xarakterik bir səth şəklində olan altıbucaqlı bir cihaz idi. Təyyarənin qanadında yuxarıda və aşağıda bir növ fyuzelaj yaradan əyri hissələr mövcuddur. Aşağı yarısı yuxarı yarıya nisbətən daha böyük idi. Fyuzelajın üstündə oval hava girişi yerləşdirilib. Arxa künclərdə kiçik bir mühərrik çıxışları görünür. PUA aşağıdan açılan üçdayaqlı şassi üçün bir neçə lyuk ilə təchiz olunub.

Çoxbucaqlı formalı orta uzunluqlu qanad konsolundan istifadə edilməsi təklif edilirdi. Konsolların arxa tərəfində, hər birində iki ədəd idarəetmə rulları quraşdırılıb. Quyruq dayaqları olmadığı üçün onları bu idarəetmə rulları əvəz edirdi. Sinxron və ya differensial sapma sayəsində bu tip rullar yana əyilmə, tanqaj və bucaq altında hərəkət zamanı üçüş zamanı idarəetməni həyata keçirir.

Patentdə layihə avadanlığının tərkibi, uçuş xüsusiyyətləri və s. barədə məlumatlar bəlli səbəblər üzündən açıqlanmırdı. Yəqin ki, "Lockheed Martin" patentinin vaxtında mütəxəssislər tərəfindən fərqləndirildi, lakin bu heç bir ciddi ajiotaja səbəb olmadı. Həmin dövrdə Amerika aviasiya sənayesi təyyarələrin yeni versiyasını işləyirdilər, lakin onların çoxu tədqiqat mərhələsindən o tərəfə keçmirdi. Bir patentin olması ideyaların inkişaf edəcəyinə tam təminat vermir.

Gizli nəticələr

Digər müvəffəqiyyətsiz layihələrdən fərqli olaraq bu patent daha ətraflı araşdırma üçün qəbul edildi və tam hüquqlu bir PUA-nın ortaya çıxmasına gətirib çıxardı. Müxtəlif mənbələrə görə, X-44A kimi tanınan layihə, 1990-2000-ci illərdə hazırlanıb. Təxminən 2000-2001-ci illərdə "Lockheed Martin" şirkəti eksperimental maşınların ən azı bir prototipini yaradıb. Onun köməyi ilə təklif olunan "uçan qanadı" tipinin davranışını öyrənmək və yeni bir aparatı idarə edə biləcək avadanlığları istehsal etmək mümkün olub.

Bəzi mənbələrə görə, təcrübəli X-44A ilk uçuşu artıq 2001-ci ildə baş verib. Sonra PUA bir sıra sınaqlarda iştirak etdilər və müxtəlif uçuş tapşırıqlarını yerinə yetirdilər. Göründüyü kimi, əsasən qalxma və enmə, müəyyən bir marşrut üzrə uçuşlar və s. yoxlanıldı. Aparatın operator tərəfindən radio kanal və ya avtopilotdan istifadə etməklə idarə olunduğuna inanmaq üçün hər bir səbəb mövcuddur. Təcrübə variantlı PUA-nın tamamilə müstəqil və ya avtonom fəaliyyət göstərə biləcəyi məlum deyil.

Müxtəlif mənbələrə görə "Scan Works" və hərbçi mütəxəssislər ən azından keçən onilliyin ortalarına qədər eksperimental aparatı sınayıblar. Müxtəlif sınaqlar və təcrübələr, yeni layihələrdə istifadə etmək üçün uyğun olan, pilotsuz "uçan qanad"a dair çox sayda məlumatların yığılmasına imkan yaratdı. Təklif edilən fikirlərin daha da inkişaf etdirilməsi nəticəsində "Lockheed Martin" RQ-170 "Sentinel" PUA-sını yaratdı. Bu cihaz hava kəşfiyyatının aparılması üçün nəzərdə tutulub və müvafiq avadanlıqlar daşıyır. Belə bir maşının zərbə potensialı haqqında heç bir məlumat yoxdur. RQ-170 aparatının istismarına 2007-2009-cu ildən əvvəl başlanıb.

Qeyd etmək lazımdır ki, RQ-170 layihəsinin texniki detalları hələ də məlum deyil. Lakin, Amerika aviasiya sənayesindəki vəzifəli şəxslər və adı açıqlanmayan mənbələr artıq bəzi maraqlı məlumatları açıqlayıblar. "Sentinel" in inkişafında və istehsalında istifadə olunan bəzi texnologiyaların X-44A layihəsi zamanı daha dəqiq işlənib hazırlandığı istisna olunmur.

Məlum məlumatlara görə, RQ-170-ni hazırlayarkən uçuş zamanı radiolokasiya, infraqırmızı və optik görünməni azaltmaq üçün bir sıra tədbirlər görülüb. Stels texnologiyanın eksperimental X-44A aparatında sınaqdan keçirilib. Həmçinin sonuncu aparat nəzarət, yükləmə və s. sistemlərinin yoxlanılması və təkmilləşdirilməsi üçün uçan bir laboratoriya kimi istifadə edilə bilərdi.

Eyni layihənin davamı olmasına dair versiyanın lehinə bir arqument kimi, RQ-170 PUA-sının X-44A-nın iki qat daha böyük və bir qədər dəyişdirilən modelinə bənzədiyini qəbul edə bilərik. Bütün dizayn dəyişiklikləri isə istənilən texniki və uçuş xüsusiyyətlərini əldə etməklə, habelə müəyyən bir təyinat avadanlıqlarının quraşdırılması ilə bağlı olduğu məlumdur. Qabarit və ölçü fərqləri, uçuş parametrlərinin və ya daşınan yük kütləsi kimi əsas parametrlərin tələb olunan artımı ilə bağlı olmalıdır.

X-44A-nın yenilikləri artıq digər yeni layihələrdə tətbiq oluna bilər. Aşkar səbəblərdən belə ideyalar üzərində qurulan pilotsuz təyyarələrin yeni nümunələrinin xüsusiyyətləri yalnız istehsalçı və sifarişçi hərbi rəhbərlik kimi dar dairəyə məlum olur. Lakin, yaxın günlərdə ABŞ ordusu "Lockheed Martin"dən eksperimental aparata çox yaxın olan yeni İHA göstərərsə, təəccüblənməyin.

Nümayiş olunan sirr

Bir neçə gün əvvəl "Lockheed Martin" ilk dəfə eksperimental X-44A aparatını göstərdi. Məlumatın əsas hissəsi təkrarən açıqlanmadı, lakin maşının görünüşü ilə bağlı mövcud təsvirləri tamamlayacaq bir sıra nəticələr və fərziyyələr irəli sürmək olar. Hər şeydən əvvəl, real bir aparatın iyirmi il əvvəl patentdə təsvir edilən dizayndan fərqləndiyini görə bilərik.

"Los Angeles County Air Show"da, təxminən 10 m qanad uzunluğuna və ümumi uzunluğu 3 m-dən az olmayan bir "uçan qanad" göstərildi. Hündürlüyü 1,5 m qiymətləndirilir, başqa geometrik və ya çəki parametrləri göstərilmir.

Göründüyü kimi, real PUA-nın konturları 1997-ci il patentində təklif olunan formaya uyğun gəlir. Qanadın konfiqurasiyası eyni qaldı. Mərkəzdəki fyuzelaj hissəsi yenidən qurulumasına baxmayaraq əvvəlki üslubunu qoruyub. Quruluş çox da dəyişdirilməyib.

Prototipin görünüşü korpusun bir neçə böyük panellərdən ibarət olduğunu göstərir. Yəqin ki, burada plastik və ya kompozit materiallardan istifadə olunub, bu isə radara görünmə səviyyasini azaltmağa imkan yaradır. Böyük panellərdə müxtəlif növ və ölçülərdə çoxsaylı yuvalar mövcuddur ki, bu da texnikanın daxili avadanlıqlara müdaxilə edilməsinə imkan yaradır. Yuvalar eyni materialdan hazırlanan örtükləri ilə bağlanır.

X-44A qanadı, ümumilikdə, 90-cı illərin ortalarındakı layihəyə uyğun idi. Təcrübəli X-44A aparatı kiçik ölçülü və kifayət qədər güclü turboreaktiv mühərriklə təchiz olunur. Modeli məlum deyil, ancaq cihazda "Williams" mühərrik şirkətinin loqosu mövcuddur. Bu məlumatlara əsaslanaraq F112 tipli bir turbo mühərrikdən istifadə ediləcəyi ehtimal olunur. Bu mühərrik 330 kq-dək çəki darta bilir və Amerikanın bəzi qanadlı raketlərində istifadə olunur. Belə bir mühərrikin parametrləri nisbətən yığcam və yüngül PUA uçuşu üçün kifayətdir.

Mühərrikə hava burunun üst hissəsindəki hava alıcı vasitəsilə verilir. Quyruq hissəsindəki fyuzelajın "qozbel"i üçbucaq formasındadır və başqa ABŞ PUA- larında olduğu kimi, fyuzelajın burunu "uçan qanad" ın arxa kənarından yuxarıda yerləşdirilib.

PUA biri öndə olmaqla üç dayaq nöqtəli şassi ilə təchiz edilib. X-44A-da quraşdırılan avadanlıqların tərkibi məlum deyil. Radiokanl vasitələri ilə idarəetmə sistemindən istifadə və müşahidə nəzarət avadanlığı barədə bir az danışa bilərik. Fyuzelajın ön hissəsində, təyyarənin qanadın altında, mürəkkəb formalı ön pəncərəsi olan çıxıntılı bir qəfəs mövcuddur. Yəqin ki, onun daxilində optik- elektronik vasitələr yerləşdirilib. Belə bir qapağın sağında qanaddan kənara çıxarılan boru çubuğunda sensorlar quraşdırılıb.

Göstərilən X-44A aparatı dizaynı layihəsinin eksperimental xarakterinə aydınlıq gətirir. Kiçik ölçüləri, uyğun kütləsi və sabit şassisi onu müəyyən bir ideyalar hazırlamaq üçün texnologiya və ya uçan bir laboratoriya halına gətirir. Yaxın keçmişdə Amerika Birləşmiş Ştatlarında pilotsuz təyyarələrin inkişafı X-44A aparatının RQ-170 layihəsinə aid olduğu barədə işarələr verir.

Fyuzelajın quyruğu. Qanad kənarının üstündə yerləşdirilən üçbucaqlı mühərrik başlığı

Dünyanın hər yerindən olan aviasiya həvəskarlarına böyük təəssüf hissi ilə bildirilir ki, "Lockheed Martin" şirkəti məxfi bir aparat nümayiş etdirdi, lakin onun tarixinə və texniki detallarına aid məlumatları açıqlamadı. Bu isə müasir Amerika aviasiya tarixində bir çox "ağ ləkələr" dən birini bağladı. Aydın səbəblərə görə, son illər və onilliklərdəki çoxlu inkişaflar hələ ictimaiyyətə göstərilə bilməz, lakin onların hamısı böyük maraq doğurur. Əvvəllər olduğu kimi, bu dəfədə istehsalçı tez və ya gec eksperimental layihələr barədə açıqlama verməyə razı olacaq.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Lockheed-Martin   X-44   PUA  

"Lockheed Martin"in yeni PUA-sının sirri açıldı - EKSPERT ŞƏRHİ

2018/04/1554_9143207796.jpg
Oxunub: 2758     17:31     16 Aprel 2018    