Ordu.az Armstrade.org saytına istinadən xəbər verir ki, bu barədə Slovakiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, “Spartan” təyyarəsinin Slovakiya Hərbi Hava Qüvvələrinin tərkibinə qəbul edilməsinin rəsmi mərasimi yaxın zamanlarda keçiriləcək.
Qeyd edək ki, bu, Slovakiya Müdafiə Nazirliyinin “Alenia Aermacchi” şirkəti ilə imzaladığı müqavilə əsasında Slovakiyaya verilən ikinci təyyarə idi. Müqavilənin ümumi qiyməti 69 milyon avro təşkil edirdi.
Ağalar Qəribov
Ordu.az