Rusiya MHD “Tayfun” partiyası ilə təchiz edilib

2018/04/1495197523_1523275259.jpg
Oxunub: 3232     19:57     09 Aprel 2018    
Rusiya Mərkəzi Hərbi Dairəsinin Novosibirsk vilayətində yerləşən xüsusi təyinatlı birləşməsinə yeni “Tayfun-K” zirehli avtomobillərinin partiyası daxil olub.

Ordu.az “İnterfax” nəşrinə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Hərbi Dairənin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət sifarişi əsasında ümumilikdə birləşməyə 8 avtomobil təhvil verilib.

Yaxın zamanlarda yeni zirehli avtomobillər Novosibirsk vilayətində yerləşən poliqonda bəzi uyğunlaşma təlimlərindən keçdikdən sonra silahlanmada istifadə olunmağa başlayacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin