Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Məlumata görə, “Foreign Military Sales” proqramı üzrə həyata keçirilən hökumətlərarası hərbi ticarət əsnasında İspaniya ordusunun “Boeing” şirkətinin 17 ədəd CH-47F “Chinook” helikopteri ilə təchiz ediləcəyi bildirilir.
Müqavilənin ümumi qiyməti 1,3 milyard dollar təşkil edəcək.
Ağalar Qəribov
Ordu.az