Rusiya ordusu yeni tanklarla təchiz ediləcək

2018/04/1371_1522823450.jpg
Oxunub: 1476     14:27     04 Aprel 2018    
Rusiya ordusu artıq 2018-ci il çərçivəsində yeni T-90M “Prorıv-3” əsas döyüş tankları ilə təchiz olunacaq.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, geridə qalan bir neçə ay ərzində T-90M-lərin istehsalçısı olan “Uralvaqonzavod” bütün zəruri texniki hazırlıq və təşkilatçılıq işlərini tamamlayıb. Artıq yaxın zamanlarda yeni tankların orduya təchizatına başlanacaq.

Bununla belə, 2018-ci il ərzində Rusiya ordusuna təhvil verilməsi planlaşdırılan tankların sayı dəqiq açıqlanmır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-ordusu   T-90  


Bizi "telegram"da izləyin