Sergey Boqdan: Qarabağda Aprel döyüşlərinin nəticələri kvadrat kilometrlərlə ölçülmür – ANALİZ

2018/04/thumbnail_ef7fd478eb6cb9db1dbec8c8387da148_1522693452.jpg
Oxunub: 3511     02:06     03 Aprel 2018    
2016-cı ilin Aprel döyüşləri hazırkı Ermənistan rəhbərliyi və Qarabağ separatçılarının Azərbaycanı özlərinin “sıfır variantı”na daxil etmək cəhdlərinin nəticəsi oldu. Yəni sonda həyata keçirilənlərin beynəlxalq səviyyədə qəbul olunacağına arxalanaraq Bakını heç nəsiz qoymaq, hər şeyi indiki vəziyyətdə saxlamaq. Bu, yetərincə riskli və səhlənkar yanaşmadır. Axı Azərbaycan Qarabağ məsələsinin həlli ssenarsinin güc yolu ilə həll edilməsində dəfələrlə daha çox imkanlara sahibdir. Xarici qüvvələr də Regiona münasibətdə Dağlıq Qarabağ münaqişəsinin həllindən istədikləri kimi istifadə etməyə və Bakının qarşısını almağa əvvəllər göstərdiyi maraq göstərmirlər.

Hazırki vəziyyətin sününən qanuniliyi

İstənilən halda 2016-cı il döyüşlərinin nəticəsini cəbhə xəttində irəliləməyin miqyası və azad edilən ərazilər yox, münaqişənin donmuş vəziyyətdən çıxarılması mühüm əhəmiyyətə malikdir. Nəticədə münaqişə aktuallaşdı, yenidən beynəlxalq siyasətə qayıtdı. Hətta əgər Azərbaycan tez-tez öz mövqeyinin ifadəsi zamanı eşidilməmiş qalırsa belə, problemin bu aktuallaşması Qarabağ probleminə Azərbaycandan baxış bucağının beynəlxalq ictimaiyyətə çatdırılmasının başlanğıcı ola bilər.

Ümumiyyətlə 2016-cı ilin aprel döyüşləri barədə şərhlərdə çox tez-tez Azərbaycan tərəfinin münaqişəni “qaynar” fazaya daşıması barədə təqsirlərə rast gəlinir. Lakin münaqişənin mahiyət kəsb edən danışıqların olmaması şəraitində “dondurulmuş” olaraq qalması erməni milliyyətçi layihəsinin bütövlükdə olmasa da, əsas hissəsinin obyektiv şəkildə qələbəsinə səbəb olur. Axı zamanın keçməsi ilə mövcud olan hər şey daha məntiqli və qanuni görünmək tendensiyasına malikdir. İşğal və ərazi ekspansiyası da istisna deyil. Erməni milliyyətçi ərazi ekspansiyası layihəsi üçün əhəmiyyətli heç nəyin baş verməməsi və zamanın getməsi vacibdir.

Qarabağ münaqişəsində xarici qüvvələr: onda və indi

Müharibə və ondan sonra keçən zaman praktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə istiqamətlənən fəaliyyətlərin nə ilə nəticələnə biləcəyini göstərdi. Aydın oldu ki, heç kəs müvafiq erməni ekstremistlərinin arzularının realizəsinə iştirak etmək arzusu ilə alışıb yanmır. Hətta istifadə edərək yararlanmaq da indi heç bir ciddi oyunçuya maraqlı deyil.

Qərb, Rusiya və qonşu dövlətlər əlbəttə ki, 2016-cı ildə müharibə ilə bağlı stabilliyin pozulmasını müsbət qarşılamadılar, lakin bundan çox yox. Azərbaycanın regional və qlobal münasibətləri 2016-cı ildən sonra uğurla davam etdi.

Hətta Ermənistanın Rusiyayönümlü alyanslarda iştirakı da ona heç nə vermədi, KTMT isə sadəcə olaraq işğalçı siyasəti dəstəkləməyi məqsədəuyğun hesab etməyərək bu münaqişədən kənarlaşdı. Bəs Rusiyanın Ermənistanı mühartibədən sonra – 2016-cı ilin payızında “İsgəndər” taktiki raket kompleksləri ilə təchiz etməsi necə? Bu fakt Rusiyanın Qarabağ münaqişəsində Ermənistanı dəstəklədiyini təsdiq edə bilərmi?

Bu hekayə ümumiyyətlə nəyəsə şahidlik etmək üçün çox bulanıq görünür. Rusiya tərəfindən slah təchizatı barədə heç bir təsdiqləmə meydana gəlmədi, hərçənd az zaman sonra Rusiyanın müdafiə sənayesi kompleksi uğurlu razılaşma barədə məlumat verməsi mahiyyət kəsb edə bilərdi. Bəzi kimlər, xüsusən “Vedomosti” tərəfindən təqdim edilən faktlara görə, razılaşma guya yalnız “Rosoboroneksport” xətti ilə deyil, KTMT üzrə həyata keçirildiyi isə təsdiq edilmir. Məsələ burasındadır ki, Moskva son illərdə məhz KTMT üzərindən silah təchizatı həyata keçirməkdən imtina edir. Hətta KTMT-nin Kollektiv Operativ Reaksiya Göstərmə Qüvvələri üçün belə. Əgər belə təchizat olsaydı, milli büdcə hesabına gerçəkləşməli idi. Bu barədə avqustda “Nezavisimaya qazeta” yazırdı.

Digər şübhəli məqamlar da var. Məsələ burasındadır ki, Moskva “İsgəndər”lərlə Ermənistandan daha yaxın müttəfiqi olan Belarusu təchiz etməkdən imtina etdi, hərçənd son 10 il ərzində yalnız Rusiyanı deyil, Moskva ərazisini də qoruya bilmək üçün Belarus “İsgəndər”lərlə öz ordusunu möhkəmləndirmək xahişi edirdi. Nəhayətdə Rusiya iniş il Minskə “İsgəndər”lərlə onları təchiz etmək təkifi göndərdi. Lakin Rusiya komandanlığı altında. Minsk imtina etdi və öz raket silahlanması üzərində işləri davam etdirməyə qərar verdi. Ümumilikdə, “İsgəndər”lərin İrəvanda hansı şəraitdə peyda olması hələ də geniş ictimai kütlələrə bəlli deyil, lakin bu Belarus prezidentini düşünməyə vadar edir.

Və sonuncusu, az əhəmiyyət kəsb etməyən amil budur ki, Rusiyanın Ermənistana ciddi stabil silah təchizatı olmayıb və bundan sonra da olması planlaşdırılmır. Rusiyanın İrəvana 100 milyon dollarlıq krediti də erməni tərəfinin Azərbaycanla müqayisədə ciddi şəkildə geridə qalmasını dəyişməyəcək. Çünki erməni tərəfindən olan hər şey yalnız bunlardır və erməni ordusu demək olar ki, başqa heç bir mənbədən silahlanmır.

Başqa sözlərlə desək, Ermənistanın hazırki rəhbərliyi və Qarabağ separatçıları çətin ki, özlərinə hər hansı beynəlxalq, o cümədən Rusiya dəstəyini mobilləşdirə bilsinlər. Vəziyyət Almaniya kansleri Otto fon Bismarkın Balkan döyüşlərinə müdaxilə etməə dair çağırışlara bütün Balkanların bir Primoran qrenadyorunun sümüyünə dəymədiyini bildirməsinə bənzəyir. Qərb də, Rusiya da çətin ki, “Böyük Ermənistan” barədə xülyalara yatırım etsinlər. Hətta yetərincə gəlirli variantı nəzərə alsaq, “Böyük Kürdüstan”ın yaradılması ilə Qərb də, Rusiya da neft, qaz və ya geosiyasi üstünlük əldə edə bilərlərsə, “Böyük Ermənistan”la bağlı heç bir belə üstünlük mövcud deyil. Bu səbəbdən maksimal şəkildə humanitar və qan tökülməsindən qaçan, məntiqli, lakin güc aksiyalarına hazır olan Bakı Azərbaycanın ərazi bütövlüyünün bərpası üzrə yetərincə müsbət nəticə verə biləcək və qlobal oyunçularda əks-təsir yaratmayacaq siyasət həyata keçirir.

Kimsə etiraz edə bilər ki, bəs 80-ci illərin sonları və 90-cı illərin əvvəllərində baş verən hadisələr necə olsun? Həmin vaxt da münaqişə və müharibəni sadəcə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin narazı sakinləri başlamadı, məhz xarici aktorların rolu çox böyük idi. Lakin ilk növbədə bugünkü Azərbaycan bütün münasibətlərdə tamamilə fərqli dövlətdir. O, mərkəzləşdirilmiş və effektiv şəkildə müasir orduya və qonşu dövlətlər, o cümlədən bütün əsas qlobal mərkəzi qüvvələrlə daha yaxşı münasibətlərə malik olmaqla bütün ölkəni mobilləşdirməyə qadirdir.

İkincisi, Dağlıq Qarabağ münaqişəsi, əlbəttə ki, ona münasibətdə xarici qüvvələrin müdaxiləsi olmasaydı, bu səviyyəyə çata bilməzdi. Lakin onda - ən əvvəldə bir tərəfdən də Qarabağdan təsir gücünə malik olmaq üçün hər şeyi məhz SSRİ özü başlatdı. Digər tərəfdən, hakimiyyətdə olan Qorbaçovun qruplaşması ölkələrin rəhbərliyində olan opponentləri ilə Moskvanın özündə də milli respublikalarda münaqişələrlə jonqlyorluq edərək hesablarını saf-çürük edirdi. Ermənistanda Qarabağ hərəkatı da “yendiənqurmaya dəstək” idi və SSRİ ərazisində xeyli belə hərəkatlar var idi.

Yeri gəlmişkən, hakimiyyət uğrunda mübarizə aparan Qorbaçov rəhbərliyinin bütün ziddiyyətliliyi də buradan qaynaqlanır. Bu səbəbdən münaqişələrdə gah bu, gah da digər tərəfin mövqeyi müdafiə edilirdi. Axı başqa şəkildə olsaydı, heç vaxt Ermənistan SSR-də bir həftə ərzində nəhəng aksiyalar yaranmaz, milyon nəfərlik erməni paytaxtı paraliç olmaz, ekstremist milliyyətçi propoqandanın aparılması mümkün olmazdı. Buna isə adətən İqor Muradyan kimi hətta erməni dilində danışmağı da bacarmayan insanlar təhbərlik edirdi. Maraqlıdır ki¸cəmi 10 il sonra Muradyan Duginlə dostluq şəraitində Avrasiyaçılıq barədə yazmağa başladı.

İndi Qarabağ münaqişəsi bütün bu xarici qüvələr üçün artıq SSRİ-nin dağılması üzrə qlobal hesablamalar və ya daxili partiya – Sovet nomenklaturası üzrə mübarizəylə assosiasiya edilmir. Əlbəttə, təbii ki, erməni diasporunda radikal milliyyətçi dairələr qalıb və onlar əvvəlki kimi Qarabağ layihəsini dəstəkləyirlər. Lakin bu, münaqişənin əvvəlində fəaliyyət göstərən xarici və güclü qüvvələrlə müqayisədə bir heçdir.

Hərbi ehtiyatlılıq

Qeyd-şərtsiz əbədi heç nə yoxdur, hər şey, o cümlədən Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyətdəki münasibət də dəyişilə bilər. Lakin 2016-cı il hadisələrinin göstərdiyi kimi, Azərbaycan rəhbərliyi hər şeyi dərk edir və beynəlxalq ictiamiyyəti özündən çəkindirə biləcək radikal yanaşmalardan çəkinir və regionda xoşməramlı qonşuluq əlaqələrinin yaradılmasına çalışır. Bakını avanturizmdə təqsirləndirmək olmaz. Azərbaycan humanist yanaşmaya üstünlük verərək insan tələfatından yayınmaq üçün bacardığı qədər irimiqyaslı müharibədən qaçmağa çalışır. Hərçənd nəzəri olaraq çoxdan Xorvatiya rəhbərliyinin nümunəsinə əməl edərək gözlənilməz zərbə ilə Şərqi Sloveniyanı – öz “Qarabağ”ını ala bilərdi. Lakin Azərbaycan xalqlar arasında düşmənçiliyin daha da dərinləşəcəyini və bundan sonra hələ çox nəsillərin ağrısını çəkəcəyi problemlərdən yayınmağa çalışır.

Eyni zamanda Azərbaycan rəhbərliyi erməni qoşunları ilə münasibətlər müstəvisinə qayıtmağa və Qarabağ münaqişəsindən öz maraqları nəfinə istifadə etməyə çalışan üçüncü tərəflərin sayını azaltmağa çalışır. Buna region ölkələrinin müsbət münasibətləri, həmçinin bir vaxtlar Qarabağ müharibəsində birmənalı rol oynamayan Şimal və Cənub ölkələrinin də Azərbaycanla münasibətlər səviyyəsi təsir edir. Həqiqətən də üçüncü tərəflər olmadan, məhz ikitərəfli münasibətlər müstəvisində Azərbaycan öz torpaqlarını azad etmək üçün maksimal şanslara malikdir.

Dəfələrlə təkrarlanma həqiqətə bənzəyir

Yuxarıda qeyd edilən hər şey, əlbəttə, KİV-lər səviyyəsində lobbiləndirilməsi həyata keçirilən, erməni milli akademik dairələrində həyata keçirilən diskurs müstəvisində inkişaf etdirilən diskursun da uğurlara nail olması faktını dəyişdirmir. Onun əsas doqmatları erməni etnik milliyətçiliyi xeylrinə önyarğılardan qaçmağa çalışan müəllifləri belə özünəməxsus çərçivələrə salır. 2016-cı il Aprel döyüşlərinin xarici KİV-lərə işıqlandırılmasında da buna rast gəlmək mümkündür.

Uzun müddət nümunələr axtarmaq lazım gəlmir. Britaniya hökumətinin “fikir fabriki”nin faktiki araşdırılması olan “Chatam House” nəşrində Azərbaycan ərazisinin de-yure ərazisində Dağlıq Qarabağ hüdudları kənarında erməni hərəkətindən bəhs (Laurence Broers, The Nagorny Karabakh Conflict: Defaulting to War, Russia and Eurasia Programme, July 2016, p. 3.) olunur. Yəni burada hərbi mənada bir cümlədə həm Dağlıq Qarabağ, həm də erməni radikal milliyətçilərinə münasibətdə ikimənalı yanaşma var.

Əlavə edək ki, ermənilər tərəfindən işğal edilən digər rayonlar da Azərbaycanın “de-yure” ərazisi elan edilir, lakin bununla belə həmin rayonlarla bağlı birmənalı olmayan faktiki fikir formalaşdırılır. Qərbdə bu mövzu ilə bağlı əksəriyyəti məlumatsız olan oxucu kütləsi bu yazını oxuyarkən təxmin edə bilər ki, orada yaşayan əhali azərbaycanlı deyil, yaxud bu məsələnin Azərbaycanın suverenliyi xeyrinə həll edilməsinə maneə törədən başqa önəmli amillər var.

* * *

Bir sözlə, 2016-cı ilin Aprel müharibəsi Qarabağ problemini həll etmədi, lakin Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunu və bunun mümkünlüyünü göstərdi. Bu, asan iş olmayacaq. Lakin güc tətbiq etmədən indiki vəziyyətdən çıxmaq, təəssüf ki, çətinliklə alınsın. Əsas odur ki, indiki Azərbaycan rəhbərliyi əsas çəkindirici amilləri anladığını nümayiş etdirir və bu, ərazi bütövlüyünün bərpasını regionda sülh və əməkdaşlığın bərpasını təmin edə bilər.

Sergey Boqdan
Belaruslu analitik, Ostroqorsk Mərkəzinin (Minsk-London) əməkdaşı
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin